Vladimir Putin, arxiv şəkli

Putin gələcək planlarını açıqladı: görülməli işlərim var

37
(Yenilənib 11:53 04.07.2019)
Putinin ikinci 6 illik prezidentlik müddəti 2024-cü ildə baş çatacaq

BAKI, 4 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin prezidentlik müddəti bitdikdən sonra nə ilə məşğul olacağına dair sualı cavablandırıb.

Sputnik Azərbaycan xəbər verir ki, Rusiya lideri İtaliyanın "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib ki, hələlik bu barədə danışmaq tezdir.

"Hələlik bu barədə danışmaq tezdir. Gələcəkdə hələ daha 5 il gərgin iş var. Hazırda bizim dünyada izlədiyimiz dinamikada proqnozlar vermək çətindir. İnanın, mənim hazırda olduğum postda görməli olduğum işlər var", - deyə Putin qeyd edib.

Qeyd edək ki, Putinin ikinci 6 illik prezidentlik müddəti 2024-cü ildə başa çatacaq.

 

37
Leonardo Di Kaprio, arxiv şəkli

"Apple" Di Kaprio: Hollivudda birgə filmlər çəkiləcək

42
(Yenilənib 23:28 05.08.2020)
Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq.

BAKI, 5 avqust — Sputnik. Amerikalı aktyor Leonardo Di Kaprio və onun "Appian Way" kino şirkəti "Apple" şirkəti ilə film və serialların çəkilişinə dair müqavilə imzalayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Hollywood Reporter" yayıb.

Di Kaprio və "Apple"-in ilk layihəsi Martin Skorsezenin rejissoru olduğu "Çiçəkli ayın qatilləri" (Killers of the Flower Moon) filmi olacaq. Film Devid Qrannanın eyni adlı romanı əsasında çəkiləcək. Filmə 200 milyon dollar maliyyə ayrılıb. Baş rolları Di Kaprio və Robert De Niro oynayacaq. Korporasiya Elizabet Mossun baş rolu oynadığı və "Appian Way Productions"ın prodüserlik etdiyi "Parlayan qızlar" (The Shining Girls) serialını da birlikdə ərsəyə gətirəcək", - deyə məlumatda bildirilir.

Di Kaprio, "Appian Way" və "Apple"-in əməkdaşlığı bununla yekunlaşmayacaq.

"Appian Way Productions" üçün bu müqavilə serial çəkilişi sahəsində ilk addım olacaq. Şirkət daha əvvəl "Paramount Pictures" və "Warner Bros" kinostudiyaları ilə filmlərin istehsalına dair sazişlər imzalamışdı.

Xatırladaq ki, bundan əvvəl Di Kaprionun şirkəti Oldos Haqslinin "Ada" adlı sonuncu romanının serial ekranlaşdırılmasına prodüserlik etməyi nəzərdə tutub.

42
Beyrutdakı partlayışda

Azərbaycan Livana 1 milyon dollar yardım ayırdı

26
(Yenilənib 23:19 05.08.2020)
Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

BAKI, 5 avqust — Sputnik. Baş vermiş faciənin nəticələrinin aradan qaldırılması üçün Livan Respublikasının humanitar yardıma ehtiyacını nəzərə alaraq, həmin ölkəyə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondundan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 1 000 000 (bir milyon) ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Baş Nazir Əli Əsədov Livan Respublikasına maliyyə yardımının göstərilməsi barədə sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

26