SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tramp özündən çıxdı: "Təhdidlərində ehtiyatlı ol, İran!"

© REUTERS / Leah MillisDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bir neçə gün əvvəl İran az zənginləşdirilmiş uran ehtiyatlarının nüvə razılaşmasında müəyyən edilmiş 300 kiloqram limitini keçdiyini bildirib

BAKI, 4 iyul — Sputnik. İranın az zənginləşdirilmiş uran limitini keçmək qərarından sonra ABŞ Prezidenti Donald Tramp Tehranı hədələyib.

Sputnik Azərbaycan xəbər verir ki, ABŞ prezidenti İranın qərarına tvitlərindən birində reaksiya verib.

"İran indicə yeni xəbərdarlıq verdi. (İran Prezidenti Həsən) Ruhani deyir ki, yeni nüvə razılaşması olmasa, onlar uranı "istədikləri səviyyədə" zənginləşdirəcəklər. Təhdidlərində ehtiyatlı ol, İran; o təhdidlər geri qayıdıb sənə daha öncə heç kəsin görmədiyi bir zərbəni vura bilər", - deyə Tramp tvitində deyib.

Bir neçə gün əvvəl İran az zənginləşdirilmiş uran ehtiyatlarının nüvə razılaşmasında müəyyən edilmiş 300 kiloqram limitini keçdiyini bildirib. Beynəlxalq Atom Enerjisi Agentliyi də İranın ehtiyatlarının bu rəqəmi keçdiyini təsdiqləyib.

Президент Хасан Рухани на встрече с представителями министерства здравоохранения в Тегеране, Иран - Sputnik Azərbaycan
Ruhani Trampın addımını “axmaqlıq” adlandırdı

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani Tehranın nüvə razılaşması çərçivəsində öhdəliklərini azaltmaq qərarını ölkəsinin bu sazişi saxlamaq niyyəti ilə izah edib.

O, vurğulayıb ki, İran müvəqqəti olaraq imtina etdiyi öhdəlikləri bərpa edəcək, lakin bunun üçün razılaşmanın digər tərəfləri də eyni addımı atmalıdırlar. Ruhaninin sözlərinə görə, bu həmçinin bir qədər əvvəl zənginləşdirilmiş uran limitinin aşılması məsələsinə də aiddir.

"İranın öhdəliklərinin azaldılması Birgə Hərtərəfli Fəaliyyət Planına (nüvə razılaşması – red.) qarşı yox, onun saxlanılmasına yönəlib. Çünki biz əminik ki, bu addımlar olmasa, Birgə Hərtərəfli Fəaliyyət Planı məhv olacaq", - deyə Ruhani bildirib.

Xəbər lenti
0