Epidemik virus təhlükəsi, arxiv şəkli

Yeni ölümcül virus yayılır: ilk qurban həkimləri yoluxdurdu

338
(Yenilənib 11:49 03.07.2019)
Beynəlxalq ekspertlər Boliviyadakı xəstəliyi araşdırırlar

BAKI, 3 iyul — Sputnik. Boliviyada ölümcül təhlükəli virus artıq bir qadını öldürüb. Sputnik Mundo bildirir ki, bu barədə məlumatı Boliviyanın Səhiyyə Nazirliyi yayıb.

Ölən pasiyent iki həkimi də yoluxdurub. Hospitala yerləşdirilən həkimlər yüksək hərarət, baş və qarın ağrısından şikayət edirlər. 

Yoluxanlarla təmasda olan daha üç nəfərin səhhətini də nəzarət altındadır.

La-Pasın iki dövlət xəstəxanasında infeksiya ilə mübarizə üçün təcili sanitar-epidemiloji və gigiyenik tədbirlər görülür.

Bildirilir ki, üç beynəlxalq ekspert virusun tipini müəyyənləşdirmək üçün La-Pasa gəlib. Yerli laboratoriyalarda aparılan analizlər göstərib ki, bu virus denge, çikunqunya, yaxud da qripin növü deyil. Tədqiqat üçün nümunələr ABŞ-ın Atlanta şəhərindəki Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə göndərilib. 

338