Robert Koçaryan məhkəmədə

Koçaryan işi böyüyür: Hakimə “imtina” təklif edildi

55
(Yenilənib 23:10 01.07.2019)
Davtyan bu təklifin verilməsi səbəbini açıqlamayıb

BAKI, 1 iyul — Sputnik. Ermənistan Baş Prokurorluğu hakim David Qriqoryana keçmiş prezident Robert Koçaryanın cinayət işinə baxmaqdan könüllü olaraq imtina etməyi təklif edib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu haqda Baş Prokuror Artur Davtyan jurnalistlərə deyib.

Lakin Davtyan bu təklifin verilməsi səbəbini açıqlamayıb.

Koçaryan mayda qondarma "Dağlıq Qarabağ Respublikası"nın "başçılarının" zaminliyi altında azadlığa buraxılıb. Onu azadlığa buraxmış hakim Qriqoryan sonradan məhkəmə icraatını dayandıraraq, cinayət işini Konstitusiya Məhkəməsinə göndərib.

Lakin iyunun 25-i Apelyasiya Məhkəməsi keçmiş prezidenti yenidən həbs edib.

55
 Koronavirusа qarşı peyvənd, arxiv şəkli

ABŞ-ın baş infeksionisti Rusiyanın koronavirus peyvəndinə şübhə edib

6
(Yenilənib 13:10 12.08.2020)
Ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib

BAKI, 12 avqust — Sputnik. Amerika Birləşmiş Ştatlarının baş infeksionisti Entonu Fauçi iddia edir ki, onlar gələn həftə öz vaksinlərinin bir neçə variantını təqdim edə bilərdilər, lakin onların effektivliyi və təhlükəsizliyinə əmin deyillər. Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti "National Geographic" jurnalına açıqlamasında bildirib.

"Vaksinin olması və vaksinin təhlükəsiz və işlək olmasını sübut etmək – bunlar tamamilə fərqli şeylərdir. Bizim yarım düjün, hələ bir qədər də artıq vaksinimiz var. Ona görə də əgər biz risk edib, daha çox insana zərər versə idik, onlara işləməyən bir şeyi vermək istəsə idik, onda bunu gələn həftədən edə bilərdik", - deyə Fauçi "Doğrudanmı Rusiyada vaksin var?" sualını cavablandırarkən bildirib.

"Ona görə də mən ümid edirəm ki, rusiyalılar, doğrudan da vaksinin təhlükəsiz və işlək olmasına əmin olublar. Mən onların bunun etməsinə çox şübhə edirəm", - deyə ABŞ-ın Allergik və İnfeksion Xəstəliklər üzrə Milli İnstitutunun direktoru qeyd edib.

Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onu qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.

Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

RF Səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamaleya adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.

O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mərkəzində və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq. Rusiyanın Səhiyyə Nazirliyinin Gamaleya adına Mərkəzi və "Binnofarm"şirkəti.

Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, həkimlərin koronavirusa qarşı peyvəndlənməsinin avqust və ya sentyabr ayının sonlarında başlaya biləcəyini gözləyir.

6
Teqlər:
vaksin, peyvənd, Koronavirus, COVID-19
Əlaqədar
Rusiyada koronavirus peyvəndlərini ilk kimlərin alacağı açıqlandı
Professor: “Virusla mübarizədə kollektiv immunitetin qazanılmasının tərəfdarıyıq”
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"
Ərdoğan: “Türkiyədə koronavirus peyvəndinin sınaqları uğurlu oldu“
Vəssalam! Koronavirusun dərmanına patent aldılar
ABŞ-da epidemioloji vəziyyət

Koronavirusdan ölənlərin sayı 740 mini keçdi

4
(Yenilənib 11:01 12.08.2020)
Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 5 milyon 141 min 207 nəfərə çatıb

BAKI, 12 avqust — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 20 292 486 milyonu keçib. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 741 380 nəfər vəfat edib, 12 588 189 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 5 milyon 141 min 207 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 895 691 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

4
Teqlər:
dünya, Koronavirus, COVID-19
Əlaqədar
Koronavirus peyvəndi üçün artıq 20 ölkədən müraciət var
Millət vəkili: Qaydalara əməl edilməsə, yenidən karantin rejimi sərtləşdirilə bilər
Putin Rusiyanın ilk COVID-19 əleyhinə peyvəndinin qeydə alınması barədə
Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı
Koronavirusdan qurtulmaq şansımız yaranıb - "Təbii ki, peyvəndi Azərbaycana da verərik"
Külək istiqamətini göstərən qurğu, arxiv şəkli

Sərin külək əsəcək, bəzi rayonlara dolu yağacaq

0
(Yenilənib 13:54 12.08.2020)
Avqustun 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir

BAKI, 12 avqust — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Sputnik Azərbaycan-a Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 29-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

13 avqustda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə avqustun 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

0
Teqlər:
hava proqnozu