Angela Merkel

Merkeli yenə əsməcə tutdu - VİDEO

232
(Yenilənib 15:36 27.06.2019)
Almaniya kansleri özünü yaxşı hiss edir və Yaponiyada keçiriləcək "G20" sammitində iştirak etmək üçün yola düşməyə hazırlaşır

BAKI, 27 iyun — Sputnik. Almaniya kansleri Angela Merkeli rəsmi tədbir zamanı növbəti dəfə əsməcə tutub. Bu barədə Sputnik Azərbaycan Almaniyanın "Bild" nəşrinə istinadən xəbər verir.

Məlumata əsasən, Merkel Almaniya prezidenti Frank-Valter Ştaynmayerin keçirdiyi rəsmi qəbul zamanı əsməyə başlayıb. Ona su təklif edilsə də, Merkel bundan imtina edib.

Almaniya Nazirlər Kabineti yaydığı məlumatda qeyd olunur ki, Merkel özünü yaxşı hiss edir və Yaponiyada keçiriləcək "G20" sammitində iştirak etmək üçün yola düşməyə hazırlaşır.

Qeyd edək ki, iyunun 18-i də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdə Almaniya kansleri Angela Merkel özünü pis hiss edib.

Həmin vaxt da Merkel gözlənilmədən əsməyə, titrəməyə başlayıb. Bir dəqiqə ərzində Almaniya kansleri əlinin vəziyyətini təxminən 10 dəfə dəyişib. Ukrayna Prezidenti isə öz növbəsində baş verənlərə reaksiya verməyib.

232