Qaz plitəsi, arxiv şəkli

Moskva qərar verdi, Ermənistan satılan qazın qiyməti artırılır

58
(Yenilənib 12:45 27.06.2019)
Danışıqlar gedir, amma çətin ki, nəsə bir nəticə ola

BAKI, 27 iyun — Sputnik. Rusiya rəhbərliyi gələn ilin yanvarın 1-dən Ermənistana satılan qazın qiymətini daha 10% artırmaq niyyətindədir. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Jamanak" nəşri məlumat yayıb.

"Əgər bu ilin yanvarın 1-dən artan qiymətlər respublika rəhbərliyi adından "Qazprom Armeniya"ya yüklənmişdisə, bu dəfə qiymət artımı birbaşa istehlakçılara təsir edəcək. Ermənistan rəhbərliyi təbii ki, məsələ ilə bağlı Rusiya tərəfi ilə danışıqlar aparır. Lakin çətin ki, danışıqların nəticəsi ötənilki danışıqların nəticələrindən fərqlənəcək" - deyə nəşr yazır.

58
Xorvatiya-Şotlandiya matçında oyun məqamı

Xorvatiya millisi şotlandiyalılara qalib gələrək AVRO-2020 pley-off mərhələsinə çıxdı

311
(Yenilənib 01:35 23.06.2021)
Futbol üzrə Xorvatiya yığma komandası Şotlandiya millisi üzərində Avropa çempionatının qrup mərhələsində qələbə çalaraq 1/8 final mərhələsinə yüksəlib.

"D" qrupunun son turunda Qlazqoda keçirilən qarşılaşma 3:1 hesabı ilə xorvatların xeyrinə başa çatıb. Qalib komandanın heyətində qolları Moskvanın MOİK komandasının oyunçusu Nikola Vlaşiç (17-ci dəqiqə), Luka Modriç (62) və İvan Pereşiç (77) vurublar.

Şotlandiyalıların heyətində Kallum Makqreqor rəqib komandanın qapısına yol tapıb (42).

Stadionda oyuna 9896 azarkeş tamaşa edib.

"D" qrupunun digər oyununda Londonda İngiltərə-Çexiya oyunu 1:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.

Beləliklə, İngiltərə yığması 7 xalla qrupun lideri olaraq çempionatın 1/8 finalına yüksəlib. Pley-off mərhələsində onun rəqibi "F" qrupunda ikinci yeri tutmuş komanda olacaq.

Xorvatiya millisi 4 xalla öz qrupunda ikinci yerdə qərarlaşıb və 1/8 finalda "E" qrupunda ikinci yeri tutmuş komanda ilə üz-üzə gələcək.

Çexiya millisi son oyunda məğlubiyyətə baxmayaraq qrupda üçüncü yerdən pley-off mərhələsinə adlaya bilib.

Qrupun autsayderi olan Şotlandiya millisi isə üç turda 1 xal toplayaraq turnirdə çıxışlarını başa vurub.

İngiltərə, Xorvatiya və Çexiya komandalarının 1/8 finaldakı rəqibləri çərşənbə günü müəyyən olunacaq.

311
İngiltərə millisinin oyunçuları qola sevinirlər

İngiltərə yığması Çexiya millisi üzərində qələbə qazanıb

270
(Yenilənib 01:31 23.06.2021)
Londondakı oyunda yeganə qolu Cek Qrilişin ötürməsindən sonra ingilislərin hücumçusu Rahim Sterlinq vurub.

Futbol üzrə İngiltərə millisi Avropa çempionatının qrup mərhələsində Çexiya komandasını məğlub edib.

"D" qrupunun üçüncü turunun Londonda keçirilən qarşılaşması 1:0 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. Oyunda yeganə qolu 12-ci dəqiqədə Rahim Sterlinq vurub.

Moskvanın "Spartak" komandasının və Çexiya millisinin yarımmüdafiəçisi Aleks Kral oyunun 64-cü dəqiqəsində meydana çıxıb.

Hər iki yığma komanda turnirin pley-off mərhələsinə vəsiqə alıb.

Bu dördlüyün digər oyununda Xorvatiya millisi Qlazqoda Şotlandiya komandasını məğlub edib.

İngiltərə yığması 7 xal qazanaraq D qrupunda 1-ci yerdən 1/8 finala çıxıb. Pley-offda onun rəqibi F kvartetindən ikinci komanda olacaq. Xorvatiya millisi 4 xalla ikincidir və 1/8 finalda E kvartetinin ikincisi ilə oynayacaq. 

Çexlər 4 xalla üçüncü pillədən pley-offa çıxıblar. 

Şotlandlar üç turdan cəmi 1 xal aldıqlarına görə turnirdəki çıxışlarını dayandırıblar. 

İngiltərə, Xorvatiya və Çexiyanın 1/8 finaldakı rəqibləri çərşənbə günü bəlli olacaq.

270
Annecy Beynəlxalq Animasiya Film Festivalı, arxiv şəkli

Fainanın sirri: Fransada Azərbaycanla bağlı tarixi hadisə yaşanır

0
(Yenilənib 12:41 23.06.2021)
IV "Anı̇mafı̇lm" Beynəlxalq Animasiya Festivalı oktyabrın 20-dən 24-dək Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək.

BAKI, 23 iyun — Sputnik. Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın "Annecy" Beynəlxalq Animasiya Film Festivalında təmsil olunub. Festivalın 45-ci buraxılışı 5 gün davam edib.

Sputnik Azərbaycan xəbər verir ki, animasiya kinosunun "Oscar"ı sayılan "Annecy" festivalında Azərbaycanı "Animafilm"in direktoru Rəşid Ağamalıyev, 3-cü "Animafilm" festivalının qalibi Fidan Axundova və rejissor Durna Səfərova təmsil ediblər.

Fidan Axundovanın Fransaya səfəri və MIFA akkreditasiyası onun ötənilki "Animafilm" festivalının "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatını qazanması sayəsində mümkün olub. Xatırladaq ki, həmin mükafatın sponsorları məhz Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və "Annecy" Beynəlxalq Animasiya Film Festivalı olub.

"Bu tarixi hadisədir. Azərbaycan kinosunun tarixində ilk dəfə animasiya filmimiz "Annecy" Festivalında müsabiqə proqramında iştirak etdi. Durna Səvərovanın "Fainanın sirri" "Annecy"-nin "Perspectives" müsabiqə proqramında yarışdı. Onu da qeyd edim ki, "Animafilm" Festivalı artıq ikinci dəfədir ki, "Annecy"-nin MIFA animasiya bazarında təmsil olunur. Biz Azərbaycan və Fransa arasında çox önəmli animasiya proqramları hazırlamışıq. Bu barədə tezliklə geniş məlumat veriləcək", - deyə "Animafilm" Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev deyib.

Xatırladaq ki, 2021-ci ildə "Animafilm" Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və "Annecy" Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə mükafat təqdim edir. Bu kateqoriyada "Animafilm" festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək "Annecy" Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.

IV "Anı̇mafı̇lm" Beynəlxalq Animasiya Festivalı oktyabrın 20-dən 24-dək Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki festivalın mövzusu əlillik olacaq.

0