Baykal gölü, Olxon adası, arxiv şəkli

Dünyanın ən dərin gölü zəhər mənbəyinə çevrilir

63
(Yenilənib 23:36 26.06.2019)
"Artıq gölün suyu içməyə yaramır"

BAKI, 26 iyun — Sputnik. Baykalda toksinlərin miqdarının artması o həddə çatıb ki, gölün suyu tezliklə sanitar normalarına cavab verməyəcək.

Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, bunu Rusiya Elmlər Akademiyası Sibir şöbəsi Limnologiya İnstitutunun direktoru Andrey Fedotov deyib.

Ümumrusiya su konqresində çıxış edən Fedotov bildirib ki, Baykalda toksin yaradan bakteriyalar həddən ziyadə çoxalıb: "Bu səbəbdən artıq gölün suyu içməyə yaramır". 

Baykal gölünün dayaz hissələrində ekosistemi dəyişməyə qadir spirogira yosunu yayılıb, hətta ona görə baykal süngərləri yoxa çıxmaq həddindədir. "Ona qabaqlar da rast gəlinirdi, ancaq indi bu yosun gölün bəzi yerlərində bütün ilboyu çiçəkləyir", - alim qeyd edib. 

Yaxınlıqdakı meşələrdə genişmiqyaslı yanğınların tüstüsü də su ekosisteminə ciddi ziyan vurur, çünki yanğından sonra gölə xeyli miqdarda ammonium kimi biogen komponentlər daxil olur.

Qeyd edək ki, Baykal dünyanın ən dərin gölü və sahəsinə görə ən böyük şirin su hövzəsidir.

 

63