SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Tbilisini "Get!" sədaları titrədir

© REUTERS / Irakli GedenidzeGürcüstanda etiraz aksiyaları
Gürcüstanda etiraz aksiyaları - Sputnik Azərbaycan
Abunə olmaq
Aksiya iştirakçılarının hamısının bir gözündə qan rəngində sarğı var

BAKI, 26 iyun — Sputnik. Gürcüstan paytaxtının mərkəzindəki Rustaveli prospekti bağlıdır. Burada artıq yeddi gündür, etiraz aksiyaları keçirilir.

Первое заседание парламента Грузии девятого созыва - Sputnik Azərbaycan
Gürcüstan parlamentində dava düşdü - VİDEO

Sputnik Gürcüstan xəbər verir ki, aksiyaya bir neçə min insan qatılıb və onların indi bircə tələbi var -  Daxili İşlər naziri Georgi Qaxariyanın istefası.

Aksiya iştirakçılarının hamısının bir gözündə qan rəngində sarğı var. Bu, etiraz simvoludur - mitinqə çıxanlar bu yolla birinci aksiyanın dağıdılması zamanı gözlərinə rezin güllə dəyib çıxaran iki nəfəri dəstəkləyirlər.

Bu gün Tbilisi şəhər məhkəməsi iyunun 20-21-də Gürcüstan paytaxtında etiraz aksiyaları zamanı saxlanılan daha 51 şəxsi azad edib.

Beləliklə, bir neçə gün davam edən aksiyalardan sonra etirazçıların 4 əsas tələbindən üçü - parlament sədrinin istefası, seçkilərin proporsional qaydada növbədənkənar keçirilməsi və aksiya zamanı saxlanılanların azad edilməsi - yerinə yetirilib.

Xəbər lenti
0