SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Gürcü müxalifətçilər daha bir istəklərinə nail oldular

© REUTERS / IRAKLI GEDENIDZEСотрудник ОМОНа стреляет из контейнера со слезоточивым газом в отношении демонстрантов во время митинга
Сотрудник ОМОНа стреляет из контейнера со слезоточивым газом в отношении демонстрантов во время митинга - Sputnik Azərbaycan
Abunə olmaq
Tbilisidə qarşıdurma zamanı saxlanılanların, demək olar ki, hamısı azad edilib

BAKI, 26 iyun — Sputnik. Tbilisi şəhər məhkəməsi iyunun 20-21-də Gürcüstan paytaxtında etiraz aksiyaları zamanı saxlanılan daha 51 şəxsi azad edib.

Kür çayının üzərində turistlər, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Rusları Gürcüstana kim aparacaq - hamı təklif verir, bizə nə olub?

Bu barədə Sputnik Gürcüstan məhkəmənin saytına istinadən məlumat verir.

Cəmi 305 nəfər saxlanılmış, onlardan 121 nəfəri İnzibati Xətalar Məcəlləsini pozduğuna görə həbs edilmişdi. Qalanları isə cərimə yazılaraq, bəzilərinə isə şifahi xəbərdarlıq edilərək azad olunublar.

Çərşənbə axşamı, iyunun 25-də, bildirilirdi ki, 54 nəfər həbsdə qalıb. Onların hamısını məhkəmə xırda xuliqanlıq və polisin qanuni əmrlərinə tabe olmamaqda təqsirli bilmişdi.

Qeyd edək ki, Gürcüstan müxalifəti iyunun 20-də parlament qarşısında toplaşaraq parlament spikeri İrakli Kobaxidzenin istefasını tələb edib. Etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma baş verib. Qarşıdurmada 240 nəfər xəsarət alıb.

Gürcüstan Baş Naziri Mamuka Baxtadze bəyan edib ki, Tbilisinin mərkəzində kütləvi qarşıdurmanın təşkilatçıları, bu insidentlə bağlı buraxılan səhvlərə görə həm müxalifət, həm də hakim komandanın üzvləri məsuliyyətə cəlb olunacaqlar.

Первое заседание парламента Грузии девятого созыва - Sputnik Azərbaycan
Gürcüstan parlamentində dava düşdü - VİDEO

İyunun 21-də Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze ölkədə baş verən son hadisələr fonunda tutduğu vəzifədən istefa verdi. İyunun 25-də Arçil Talakvadze parlamentin yeni sədri oldu.

Gürcüstanın hakim partiyasının iyunun 24-də verdiyi qərara görə, Gürcüstanda 2020-ci il parlament seçkiləri proporsional sistemə uyğun həyata keçiriləcək.

Beləliklə, bir neçə gün davam edən aksiyalardan sonra etirazçıların 4 əsas tələbindən üçü - parlament sədrinin istefası, seçkilərin proporsional qaydada növbədənkənar keçirilməsi və aksiya zamanı saxlanılanların azad edilməsi - yerinə yetirilib. Gürcü müxalifətinin daha bir tələbi isə Daxili işlər nazirinin istefasıdır.

Xəbər lenti
0