AŞPA-nın iclası,arxiv şəkli

Rusiya avropalılara ultimatum verdi

39
(Yenilənib 17:15 26.06.2019)
Deputatlar spikerin qərarını alqışlarla qarşılayıblar

BAKI, 26 iyun — Sputnik. "Əgər Rusiya nümayəndə heyətinin Assambleyadakı hüquqları tam bərpa olunmasa, Rusiya AŞPA-nı tərk edəcək".

Sputnik Azərbaycan "RİA-Novosti"yə istinadən bildirir ki, bunu Dövlət Dumasının sədri Vyaçeslav Volodin çərşənbə günü paplamentin aşağı palatasının plenar iclasında deyib.

"Hesab edirəm ki, sizin hamınız öncədən qəbul edilmiş mövqeni dəstəkləyəcəksiniz: ya bizim heyətə tam və dayanıqlı hüquqları geri qaytarılır, ya da biz Avropa Şurası Parlament Assambleyasını tərk edirik", - deputatlara müraciət edən Volodin deyib.

Parlamentarilər bu qərarı alqışlarla qarşılayıblar.

AŞPA iyunun 25-nə keçən gecə qətnamə qəbul edərək Rusiya nümayəndə heyətinə iyun sessiyasında iştirak üçün dəvət göndərib, ancaq heyətin səlahiyyətləri hələ sual altında saxlanılıb. Qətnamədə həmçinin göstərilib ki, nümayəndə heyətinin səs vermək, çıxış etmək və təmsil olunmaq hüquqlarına sanskiyalar şamil edilmir. Rusiya AŞPA-da səlahiyyətlərinin təsdiq olunması üçün ərizə verib. 

İyunun 25-də ukraynalı və gürcü deputatların təşəbbüsü ilə Rusiyanın yeni nümayəndə heyətinin səlahiyyətlərinə etiraz bildirilib. Qərara alınıb ki, qurumun qaydalar və reqlament, həmçinin monitorinq üzrə komitələri  24 saat müddətində nümayəndə heyətinin səlahiyyətlərinə dair məruzə hazırlasınlar.

39
Teqlər:
Rusiya, AŞPA
Əlaqədar
Rusiya AŞPA-dan səlahiyyətlərini geri istədi, amma deputatlar razı deyillər
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

15
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

15
Teqlər:
Pentaqon, ABŞ
Yerevanda etirazlar

Ermənistan dünyanın vecinə deyil - Serj Sarqsyanın səfir kürəkənindən şok sözlər

25
(Yenilənib 18:41 22.01.2021)
“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır” - erməni politoloq.

BAKI, 22 yanvar - Sputnik. “Ölkə erməni xalqının, erməni xalqı hakimiyyətin, Ermənistan isə dünyanın vecinə deyil”.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, bunu Ermənistanın Vatikandakı sabiq səfiri, keçmiş prezident Serj Sarqsyanın kürəkəni, mühacir diplomat Mikael Minasyan söyləyib.

Qeyd edək ki, son günlər Ermənistanda bu ölkənin ictimaiyyətinə xas olmayan bir sıra bəyanatlar gündəmə gəlib. Məsələn, yanvarın 20-də ölkənin baş naziri Nikol Paşinyan Şuşanın erməni şəhəri olmadığını bildirib. Bu gün isə N.Paşinyanın əqidədaşı, politoloq Levon Şirinyan daha sərt açıqlama verib:

“Erməni üçün başqa ölkənin, xüsusilə Rusiyanın agenti olmaqdansa, türkün iti olmaq daha yaxşıdır”.

25

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0