İddiası baha başa gəldi, Koçaryanı yenə tutdular

© Sputnik / Aram NersesyanРоберт Кочарян перед началом судебного заседания
Роберт Кочарян перед началом судебного заседания - Sputnik Azərbaycan
Abunə olmaq
Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub

BAKI, 25 iyun — Sputnik. Ermənistanın Apelyasiya Məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryanın həbsdən azadlığa buraxılması haqqında qərarı ləğv edərək, onun həbsi barədə qərar çıxarıb. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər verir.

Премьер-министр Армении Никол Пашинян на торжественном заседании в Генпрокуратуре (1 июля 2018). Еревaн - Sputnik Azərbaycan
TƏHLİL
Ermənistan siyasətində qarışıqlıq: Paşinyan Qarabağla bağlı şərtlərindən geri çəkilir

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.

Bu ilin mayın 13-də Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, sabiq müdafiə naziri Seyran Ohanyan, müdafiə nazirinin keçmiş müavini, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş katibi general Yuri Xaçaturov və Ermənistanın baş nazirinin keçmiş müavini Armen Gevorkyanın məhkəməsi başlayıb.

Həmin şəxslər konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq, qanunsuz yolla əldə edilən vəsaitləri leqallaşdırmağa görə ittiham edilirlər.

Ermənistanın Baş Naziri Nikol Paşinyan - Sputnik Azərbaycan
Paşinyan getdi: Ermənistan hökumətinə yeni şəxs başçılıq edəcək

Bu ilin mayın 18-də isə Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın ikinci prezidenti Robert Koçaryanı həbsdən azad etmişdi.

Qeyd edək ki, bir neçə gün öncə Koçaryan bəyanatla çıxış edərək, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın 2008-ci ilin martında İrəvanda baş verən kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıdığını bildirmişdi

"Ermənistanın hazırkı baş naziri 2008-ci ilin 1 martındakı kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıyır. Onun təsəvvüründə günahkar mənəm", - deyə Koçaryan bildirib.

Xəbər lenti
0