Ulduz futbolçu pis istirahət etmir - FOTO

© Instagram / cristianoKriştianu Ronaldo model Corciniya Rodriqezlə birlikdə fransanın cənubunda yaxtada dincəlir
Kriştianu Ronaldo model Corciniya Rodriqezlə birlikdə fransanın cənubunda yaxtada dincəlir - Sputnik Azərbaycan
Abunə olmaq
Ronaldu model Corciniya Rodriqezlə birlikdə Fransanın cənubunda dincəlir

BAKI, 25 iyun — Sputnik. Ulduz futbolçu Kriştianu Ronaldo Instagram səhifəsində etdiyi paylaşımla sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sputnik Azərbaycan "The Sun" nəşrinə istinadən xəbər verir ki, Millətlər kubokunun qaznılmasında müstəsna xidməti olan ulduz futbolçu artıq istirahətin dadını çıxarmaqla məşğuldur. Belə ki, o model Corciniya Rodriqezlə birlikdə Fransanın cənubunda yaxtada dincəlir.

© thesun / The Mega AgencyKriştianu Ronaldo Fransanın cənubunda yaxtada dincəlir
Ulduz futbolçu pis istirahət etmir - FOTO - Sputnik Azərbaycan
Kriştianu Ronaldo Fransanın cənubunda yaxtada dincəlir

Ronaldo istirahətini əks etdirən öz sevgilisi ilə həddən artıq yaxın fotolarını Instagramda paylaşıb. Onun istirahət üçün kirayələdiyi yaxtanın uzunluğu 47 metr, içərisi 6 yataq otağı, idman və kino salonlarından ibarətdir. Yaxtanın bir həftəlik qiyməti isə nə az, nə də çox - düz 180 min funt sterlinqdir. 34 yaşlı futbol ulduzu onlara göstərilən xidmətdən məmunluğunu 18 min funt sterlinq ödəməklə bildirib.

© thesun / The Mega AgencyKriştianu Ronaldo Fransanın cənubunda yaxtada dincəlir
Ulduz futbolçu pis istirahət etmir - FOTO - Sputnik Azərbaycan
Kriştianu Ronaldo Fransanın cənubunda yaxtada dincəlir

Qeyd edək ki, "Yuventus"un forvardı istirahətini keçən həftə Yunanıstandakı otellərin birində keçirirdi.

Xəbər lenti
0