Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya təyyarələri ABŞ hava məkanına girəcək

© Sputnik / Igor Russak / Mediabanka keçidСамолет для аэрофотосъемки Ан-30
Самолет для аэрофотосъемки Ан-30 - Sputnik Azərbaycan
Abunə olmaq
Təyyarələr müşahidə uçuşları həyata keçirəcəklər

BAKI, 25 iyun — Sputnik. Rusiyalı müşahidəçilər bu həftə ABŞ və İsveç səmalarında uçuşlar həyata keçirəcəklər.

Sputnik Azərbaycan Rusiya Silahlı Qüvvələrinin “Krasnaya Zvezda” qəzetinə istinadən xəbər verir ki, “Açıq Səma Sazişi” çərçivəsində keçirilən uçuşlardan biri Birləşmiş Ştatlar səmasında 24-29 iyun tarixlərində baş tutacaq. Müşahidəçilər ikinci uçuşu isə 24-28 iyun tarixlərində İsveç səmalarında keçirəcəklər.

Rusiya təyyarələri razılaşdırılmış marşrut üzrə uçacaqlar. Təyyarələrin göyərtələrində amerikalı və isveçli mütəxəssislər də olacaq.

Bundan əlavə, bu həftə Fransa və Almaniya birgə olaraq Rusiya üzərində müşahidə uçuşu həyata keçirəcəklər.

“Açıq Səma Sazişi” 1992-ci ildə ATƏT üzvləri tərəfindən imzalanıb. Saziş Soyuq müharibədən sonra Avropada etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərdən biri kimi nəzərdə tutulub.

Saziş tərəfləri bir-birlərinin səmalarında müşahidə uçuşları həyata keçirə və hərbi qüvvələr haqqında məlumat toplaya bilərlər.

Sazişin 34 iştirakçısı sırasında bir çox NATO ölkəsi, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Bosniya və Herseqovina, İsveç və Finlandiya var.

Xəbər lenti
0