Tbilisidə parlament qarşısında yerli sakinlərlə polisin qarşıdurması

Tbilisi yenə çalxalanır - aksiyaçılar daha bir istefa tələb edirlər

1412
(Yenilənib 20:38 22.06.2019)
Tbilisidə etirazçılar üç tələb irəli sürdülər - biri də nazirin istefasıdır

BAKI, 22 iyun — Sputnik. Tbilisidə, parlament binası qarşısında yenidən etiraz aksiyası keçirilir.

Sputnik Gürcüstan bildirir ki, mitinqin iştirakçıları tələblərini yazdıqları bannerlər açıblar. Əsas tələb Gürcüstan Daxili İşlər naziri Georgi Qaxariyanın istefasıdır. Etirazçılar həmçinin birinci aksiyada saxlanılan bütün şəxslərin azad edilməsini və proporsional sistem üzrə vaxtından əvvəl parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Aksiyanın təşkilatçılarından biri, siyasi partiyalarla əlaqəsi olmadığı bildirilən Mişa Mşviladze tələbləri tribunadan səsləndirərək hər kəsi birləşməyə çağırıb. 

"Biz bu gün çox mürəkkəb qərar qəbul etdik, çıxış edənlər arasında siyasətçilər də olacaq", - Mşviladze əlavə edib.

Qeyd edək ki, Gürcüstan müxalifəti iyunun 20-də parlament qarşısında toplaşaraq  parlament spikeri İrakli Kobaxidzenin istefasını tələb edib. Etirazçılar və hüquq-mühafizə orqanları əməkdaşları arasında qarşıdurma baş verib. Qarşıdurmada 240 nəfər yaralanıb.

Gürcüstan Baş Naziri Mamuka Baxtadze isə bəyan edib ki, Tbilisinin mərkəzində kütləvi qarşıdurmanın təşkilatçıları, bu insidentlə bağlı buraxılan səhvlərə görə həm müxalifət, həm də hakim komandanın üzvləri məsuliyyətə cəlb olunacaqlar.

1412
Əlaqədar
Tbilisidəki aksiyalarda 240 nəfər yaralanıb
Gürcüstanda dövlət çevrilişinə cəhd, Prezident təcili ölkəyə qayıdır