Putin canlı efirdə İrandan danışdı: "Hər şeyə gedə bilərlər"

© Sputnik / Aleksey Nikolsky / Mediabanka keçidПрямая линия с президентом РФ Владимиром Путиным
Прямая линия с президентом РФ Владимиром Путиным - Sputnik Azərbaycan
Abunə olmaq
“Hadisələrin bu ssenari üzrə inkişaf etməsini istəməzdik”

BAKI, 20 iyun — Sputnik. "Biz İranla Birləşmiş Ştatlar arasında hərbi qarşıdurmanın olmasını istəməzdik". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi canlı efir zamanı "İran və ABŞ arasında müharibə olacaqmı" sualını cavablandırarkən bildirib.

Global Hawk uçan pilotsuz kəşfiyyat aparatı - Sputnik Azərbaycan
İran ABŞ dronunu vurduğunu iddia edir

"Lakin Birləşmiş Ştatlar güc tətbiqi yolunu da istisna etmirlər. Demək istəyirəm ki, bu, ən azı region üçün faciə olardı. Çünki bu, regionda zorakılığın, həmçinin regiondan olan qaçqınları sayının kəskin artması ilə səbəb olardı. Düşünürəm ki, İrana qarşı bu cür cəhdlər edənlərin özləri üçün də acınacaqlı sonluğa səbəb ola bilərdi. Çünki hərbi gücün tətbiqindən sonra baş verənləri proqnozlaşdırmaq olduqca çətindir. İran şiə dövlətidir. Hətta İslam dünyasında belə hesab edirlər ki, bu insanlar ehtiyac olarsa sona qədər getməyə hazırdırlar. Hadisələrin bu ssenari üzrə inkişaf etməsini istəməzdik", - deyə Putin qeyd edib.

Rusiya prezidenti əlavə edib ki, İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi üzrə razılaşmanı tamamilə yerinə yetirir, heç bir razılaşmanı pozmur. Ona görə də Tehrana qarşı sanksiyalar əsassızdır.

Xəbər lenti
0