Прямая линия с президентом РФ Владимиром Путиным

Putinin canlı yayımına kiberhücumlar oldu

141
(Yenilənib 17:44 20.06.2019)
Vladimir Putin bu gün canlı efirdə vətəndaşların suallarına cavab verir

BAKI, 20 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə "Birbaşa xətt" verilişinin "call-center"i xaricdən kütləvi haker hücumuna məruz qalıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir. 

""Call-center" xaricdən kütləvi DDoS hücuma məruz qalıb. Görünür, videozənglər zamanı baş verən xətalar məhz bununla bağlı olub. Lakin biz hücumun qarşısına ala bildik. Tətbiqin işi bərpa olunub. Biz zəngləri qəbul etməyə davam edirik", – deyə canlı yayımın aparıcılarından biri bildirib.

"Rossiya Seqodnya" və "RT" telekanalının baş redaktoru Marqarita Simonyan isə öz "telegram" kanalında qeyd edib: ""Moskva Putinə" tətbiqinə DDoS hücumlar Ukraynadan həyata keçirilib".

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün canlı efirdə vətəndaşların suallarına cavab verir.

Televiziya kanalları canlı efir üçün üç saat ayırıblar. Veriliş Moskva vaxtı ilə saat 12:00-da (Bakı vaxtı ilə saat 13:00-da) başlayacaq və "Rossiya 1", "Rossiya 24", "Birinci Kanal", "NTV", "OTR", "MİR" telekanalları, "Mayak", "Vesti FM" və "Radio Rossiyi" radiostansiyaları tərəfindən, o cümlədən sosial şəbəkələrdə yayımlanacaq.

Sualların qəbulu iyunun 9-u Moskva vaxtı ilə saat 08:00-da başlayıb və verilişin sonuna qədər davam edib.

Bildirilir ki, nazirlər və qubernatorlar prezidentin mümkün qeydlərinə və istəklərinə cavab verə bilmək üçün iş yerlərindən canlı yayıma qoşulurlar.

141
Əlaqədar
Putin əhaliyə səsləndi: "Əgər günəş altında yer istəyiriksə..."
Putin nazirləri səfərbər etdi: bu gün Rusiya vətəndaşları ilə canlı yayıma çıxırlar
Angela Merkel

Angela Merkel Donald Trampın sözünü yerə saldı

9
Hazırda ümumi pandemiya vəziyyətini nəzərə alaraq, Angela Merkel Vaşinqtona səfərə və bu sammitdə iştirakına razı deyil.

BAKI, 30 may - Sputnik. Almaniya kansleri Angela Merkel ABŞ Prezidenti Donald Trampın G7 sammitinə dəvətini qəbul etməyib.

APA-nın verdiyi xəbərə görə, bu barədə Almaniya hökumətinin sözçüsü Steffen Seibert deyib.

"Federal kansler Vaşinqronda iyun ayının sonunda keçirilməsi nəzərdə tutulan G7 sammitinə dəvəti üçün Prezident Trampa təşəkkür edir. Hazırda ümumi pandemiya vəziyyətini nəzərə alaraq, Angela Merkel Vaşinqtona səfərə və bu sammitdə iştirakına razı deyil. Əlbəttə ki, xanım Merkel pandemiyanın inkişaf xəttini izləməyə davam edəcək", - deyə Steffen Seibert qeyd edib.

9
ABŞ Prezidenti Donald Tramp və Almaniya kansleri Angela Merkel

Dünyanın iki nəhəng dövlətinin liderləri mübahisə ediblər

16
(Yenilənib 11:21 30.05.2020)
Babası alman olan ABŞ lideri Donald Tramp Almaniya Federal kansleri Angela Merkellə telefon danışığı zamanı mübahisə edib.

BAKI, 30 may - Sputnik. ABŞ prezidenti Donald Tramp və Almaniya Kansleri Angela Merkel arasında baş tutan telefon danışığı zamanı tərəflər “Şimal axını 2” layihəsini, NATO və Çini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, iki lider arasında ciddi fikir ayrılıqları olub və nəticədə tərəflər mübahisə ediblər.

Ağ Ev yayılan məlumatı hələ şərh etməyib.

16

Azərbaycanda daha 257 nəfər koronavirusa yoluxub

0
Hazırkı dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib.

BAKI, 30 may - Sputnik. Azərbaycan Respublikasında 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib.

1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 294.264 test aparılıb.

0