Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İŞİD taktika dəyişir: yeni terror dalğası mümkündür

© AP Photo / Raqqa Media Center via APRakka şəhərində İŞİD döyüşçüləri. Arxiv şəkli
Rakka şəhərində İŞİD döyüşçüləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Əvvəllər İŞİD silahlıları tərəfdarlarını İraq və Suriyaya köçməyə çağırırdılar, lakin indi onlara cihadı davam etmək üçün öz ölkələrində qalmalarını təklif edirlər"

BAKI, 19 iyun — Sputnik. İŞİD terror təşkilatı taktikasını dəyişərək tərəfdarlarını Yaxın Şərqə getməməyə və öz ölkələrində terror aktları təşkil etməyə çağırıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini Yuri Kokov deyib.

Ufa şəhərində təhlükəsizlik məsələləri üzrə yüksək vəzifəli məsul şəxslərin beynəlxalq görüşündə çıxış edən Kokov bildirib ki, Yaxın Şərq, Afrika, Cənubi və Cənub-Şərqi Asiya terrorçuların fəal olduqları ərazilər olaraq qalır.

Onun sözlərinə görə, bu ərazilərdə terrorçular "yatmış özək"lər yaratmaq səylərini davam etdirirlər.

"Əvvəllər İŞİD silahlıları tərəfdarlarını İraq və Suriyaya köçməyə çağırırdılar, lakin indi onlara cihadı davam etmək üçün öz ölkələrində qalmalarını təklif edirlər", - deyə Kokov bildirib.

Xəbər lenti
0