Batan gəmi, arxiv şəkli

Türkiyənin kurort cənnətində dəhşətli faciə: 12 ölü

62
(Yenilənib 19:28 17.06.2019)
Xilasedicilər 31 nəfəri xilas etməyə müvəffəq olublar

BAKI, 17 iyun — Sputnik. Türkiyənin Bodrum kurort şəhərinin sahillərində qanunsuz mühacirləri daşıyan gəmi batıb.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə nəticəsində 12 nəfər həlak olub.

Gəminin göyərtəsində 40-dan çox mühacirin olduğu güman edilir. Dənizçilər onlardan 31-i xilas edə bilib.

Axtarış-xilasetmə əməliyyatına sahil mühafizə xidmətinin katerləri, helikopter və dalğıc dəstəsi cəlb olunub.

62