İran raketi, arxiv şəkli

İran növbəti addım atdı: Nüvə öhdəliyi azaldılır

111
(Yenilənib 19:34 16.06.2019)
Kəskin qarşıdurma uolunda növbəti addım atıldı

BAKI, 16 iyun — Sputnik. İran iyunun 17-si nüvə razılaşması çərçivəsində öhdəliklərin azaldılması barədə hesabat təqdim edəcək.

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə İranın Nüvə Enerjisi üzrə Təşkilatından bildiriblər.

Məlumatda deyilir: "İranın Nüvə Enerjisi üzrə Təşkilatı sabah Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində öhdəliklərinin azaldılması üzrə birinci addım barədə hesabat təqdim edəcək".

Bildirilir ki, hesabatda zənginləşdirilmiş uran ehtiyatları, o cümlədən ağır su istehsalının artırılması barədə məlumat olacaq: "Bu hesabatda öhdəliklərin azaldılması üzrə ikinci fazaya keçid üçün atılan addımlar bəyan ediləcək".

111