Pişik, arxiv şəkli

Nazir canlı yayımda pişik oldu

124
(Yenilənib 23:13 15.06.2019)
Filtrlərə ilk diqqət edənlərdən biri də jurnalist Nailə İnayət olub

BAKI, 15 iyun — Sputnik. Pakistanın Xeybər Paxtunxva əyalətinin rəhbərliyinin mətbuat konfransı zamanı canlı yayımda məmurların üzü pişik üzü kimi filtr edilərək yayımlanıb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, toplantıdan canlı yayım Pakistanın "Ədalət uğrunda hərəkat" partiyasının səhifəsində paylaşılıb. Tədbirin iştirakçıları arasında əyalətin İnformasiya siyasəti naziri Şövkət Əli Yusufzainin də üzü bəzi vaxtlarda pişik üzünə çevrilməyə başlayıb.

Filtrlərə ilk diqqət edənlərdən biri də jurnalist Nailə İnayət olub. Onun sosial şəbəkədə paylaşımı 9 min dəfə repost və "bəyənmə" yığıb.

Bir çox istifadəçilər öz şərhlərində səhifə adminlərinin filtri bilərəkdən deyil, unutduqları üçün etdiklərini yazıblar.

"Ən şirin siyasətçi", – deyə istifadəçilərdən biri qeyd edib. Digər istifadəçi isə: "Gülməkdən çənəm ağrıdı", - deyə şikayət edib.

124