Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Düşənbədə keçirilən Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısında

Putin Ərdoğan Düşənbədə söhbətləşdilər

45
(Yenilənib 14:23 15.06.2019)
Söhbətdə iki ölkənin XİN başçıları da iştirak ediblər

BAKI, 15 iyun — Sputnik. Düşənbədə keçirilən Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin zirvə toplantısından əvvəl Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında ayaqüstü qısa söhbət baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda "RİA Novosti"nin tədbiri işıqlandıran müxbiri deyib.

İki ölkə lideri toplantının keçiriləcəyi zala daxil olublar və bir neçə dəqiqə sonra Rusiya və Türkiyə XİN başçılarının iştirakı ilə onlar arasında qısa söhbət baş tutub.

45
Teqlər:
Türkiyә, Rusiya, Rəcəb Tayyip Ərdoğan, Vladimir Putin
Əlaqədar
Putin və Ərdoğan yeni görüş barədə razılığa gəlib
Vaşinqtonda etirazçı, arxiv şəkli

"Məğlub olduq": Trampın müşaviri BMT-dəki uğursuzluqdan danışıb

5
(Yenilənib 16:46 15.08.2020)
BMT Təhlükəsizlik Şurasının üzvləri bu məsələ ilə bağlı ABŞ qətnaməsini dəstəkləməyiblər. Birgə Əhatəli Fəaliyyət Planı çərçivəsində razılaşmaya əsasən, İrana hərbi texnikanın tədarükünə icazə qaydası müvəqqəti xarakter daşıyır və oktyabrın 18-də başa çatır.

BAKI, 15 avqust — Sputnik. Amerika Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurası vasitəsilə İrana qarşı silah embarqosunu uzatmağa çalışarkən məğlubiyyətə uğrayıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Robert O'Brayen "Fox" telekanalına müsahibəsində bildirib.

"Biz bu gün məğlub olduq, amma bu hələ son deyil", - O'Brayen deyib.

Bir qədər əvvəl Təhlükəsizlik Şurasının üzvləri bu məsələ ilə bağlı Amerika qətnaməsini dəstəkləməyiblər. Birgə Əhatəli Fəaliyyət Planı (JCPOA) çərçivəsində razılaşmaya əsasən, İrana hərbi texnikanın tədarükünə icazə qaydası müvəqqəti xarakter daşıyır və oktyabrın 18-də başa çatır.

Sənədə yalnız ABŞ özü və Dominika səs verib. Rusiya və Çin qarşı çıxıb, qalan üzvlər isə bitərəf olub.

Donald Trampın məsləhətçisi etiraf edib ki, Fransa, Almaniya və Böyük Britaniyanın BMT Təhlükəsizlik Şurasında Birləşmiş Ştatları dəstəkləməkdən imtina etməsi "məyusedicidir, amma təəccüblü deyil".

5
Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko ilə Putin arasındakı telefon danışığının detalları məlum olub

11
(Yenilənib 16:43 15.08.2020)
Rusiya və Belarus prezidentləri hər iki tərəfin qardaş Rusiya və Belarus xalqlarının maraqlarına cavab verən müttəfiq münasibətlərinin gücləndirilməsinə meyilli olduğunu bildiriblər.

BAKI, 15 avqust — Sputnik. Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

Kremlin rəsmi saytının məlumatına görə, Belarus tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Lukaşenko rusiyalı həmkarını ölkəsində prezident seçkilərindən sonra yaranan vəziyyət barədə məlumatlandırıb.

"Hər iki tərəf baş verən problemlərin tez bir zamanda nizamlanacağına əminliyini bildirib. Başlıcası odur ki, bu problemlərdən iki ölkənin qarşılıqlı sərfəli əməkdaşlığına zərər vurmağa çalışan destruktiv qüvvələr yararlanmamalıdır. Belarusda saxlanılan 32 Rusiya vətəndaşının qaytarılması ilə bağlı hər iki ölkənin profil strukturlarının sıx əməkdaşlığına müsbət qiymət verilib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb", - deyə Kremlin məlumatında qeyd olunub.

11
Rusiyada tibb işçiləri, arxiv şəkli

Şimal qonşumuzda beş mindən çox yeni koronavirus xəstəsi aşkar edilib

0
Yeni xəstələrin ən böyük sayı Moskvada, Sankt-Peterburqda və Sverdlovsk vilayətində qeydə alınıb. Çukotkada xəstələrin sayında gündəlik artım yoxdur.

BAKI, 15 avqust — Sputnik. Ötən gün ərzində Rusiyanın 84 regionunda 5061 koronavirusa yoluxma halı aşkar edilib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, yoluxmuş şəxslərin 26,7 faizində simptomlar yoxdur.

Xəstələrdən 6447 nəfəri sağalıb, 119 nəfəri ölüb.

Yeni xəstələrin ən böyük sayı Moskvada (695), Sankt-Peterburqda (162) və Sverdlovsk vilayətində (158) qeydə alınıb. Çukotkada xəstələrin sayında gündəlik artım yoxdur.

Rusiyada epidemiya ərzində 917884 koronavirusa yoluxma halı qeydə alınıb. Xəstəxanalardan 729411 nəfər buraxılıb. 15617 xəstə vəfat edib.

0