Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Bu dəfə Türkiyə ABŞ-ı sanksiyalarla hədələdi

414
(Yenilənib 14:57 14.06.2019)
"Bir ölkə digərinə necə hərəkət etməsinə dair göstəriş verə bilməz"

BAKI, 14 iyun — Sputnik. Birləşmiş Ştatlar Rusiyadan alınan "S-400" zenit-raket komplekslərinin alışı ilə bağlı Türkiyəyə sanksiya tətbiq edərsə, onda Ankara da cavab tədbirləri görəcək. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Bir ölkə digərinə necə hərəkət etməsinə dair göstəriş verə bilməz. Birləşmiş Ştatlar bu cür davranışdan imtina etməlidir. Hamı bundan narahatdır. Bu məsələ nə qədər uzağa gedə bilər? Əgər ABŞ bizə qarşı addımlar atarsa, onda biz də eyni şeyi etməyə məcbur olacağıq. Təbii ki, heç kim buna səssiz qalmayacaq", - deyə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

O, həmçinin vurğulayıb ki, ölkəsi "S-400" mövzusunda heç bir şəkildə geri addım atmayacaq.

Xatırladaq ki, mayın 23-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton Ankaraya Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərini alacağı təqdirdə "ciddi mənfi nəticələrin olacağı" barədə xəbərdarlıq edib.

O, əlavə edib ki, "S-400" zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.

Qeyd edək ki, mayın 22-də ABŞ-ın "CNBC" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.

414
Teqlər:
sanksiya, S-400, ABŞ, Türkiyə
Əlaqədar
Tramp Ərdoğanın təklifini qəbul etdi, "S-400" mübahisəsinə son qoyulur
Kreml imtina etdi: "S-400"-ün Türkiyə ilə birgə istehsalından söhbət gedə bilməz
Türkiyənin S-400-ləri alması ətrafında böyük bir kampaniya gedir
ABŞ-dan Ankaraya növbəti ultimatum gəldi
Rafale qırıcısı, arxiv şəkli

Böyük müharibə reallığa çevrilir - Ankaraya qarşı açıq hədəyə keçdilər

1
Aralıq dənizindəki Türkiyə-Yunanıstan gərginliyinə rəsmi Paris də qarışmaq niyyətindədir. Qeyd edək ki, hər üç ölkə NATO üzvüdür.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 13 avqust — Sputnik. Fransa Aralıq dənizinin şərq hissəsinə öz hərbçilərini göndərəcək. Ölkə Yunanıstanı Türkiyənin "aqressiv hərəkətlərindən" qorumaq üçün regionda mövcudluğunu gücləndirmək istəyir. Bu barədə Sputnik "Reuters"-ə istinadən xəbər verir.

Məlumata əsasən söhbət iki ədəd "Rafale" qırıcılarından və "Lafayette" freqatından gedir. Rəsmi Parisə yaxın olan mənbənin sözlərinə görə, bu qərarı Fransa Prezidenti Emmanuel Makron verib. Belə ki, Fransa lideri Türkiyənin "birtərəfli qaydada" şelfi qazmaq niyyətindən narahatdır.

Qeyd olunur ki, Fransa "regionda dəniz gəmiçiliyinin təhlükəsizliyi və azad hərəkətinin, habelə beynəlxalq hüquq normalarına hörmətlə yanaşıldığına" əmin olmaq istəyir.

Xatırladaq ki, bu ilin iyununda Türkiyə hökuməti Aralıq dənizinin, Kipr adası yaxınlığında olan ərazisində öz maraqlarını qorumaq barədə qərar verib. Rəsmi Ankara bir sıra ölkələrin etirazına baxmayaraq geoloji kəşfiyyat işlərini davam etdirmək niyyətindədir.

Aralıq dənizinin şərq hissəsi – bir tərəfdə Avropa İttifaqının üzvləri Kipr və Yunanıstanla digər tərəfdə isə Türkiyə olmaqla gərginlik mənbəyidir. Türkiyə dəfələrlə yataqların Kipr türkləri ilə Kipr yunanların birgə işlətmələrini təklif edib. Rəsmi Ankara Moskva ilə əməkdaşlığı da istisna etməyib. Enerji daşıyıcıları mübahisəsinə həmçinin, Misir və İsrail də daxildir.

Tərəflər arasında fikir ayrılığı 1974-cü ildə Kiprdə adanın Yunanıstan anneksiyası ilə bağlı çevriliş baş verəndən sonra başlayıb. Həmin vaxt Türkiyə Kiprin şimalına qoşun yeridib və həmin ərazidə Kipr – Türk Federativ dövləti yaradıb. Daha sonra onun adı Şimali Kipr Türk Respublikasına dəyişdirilib. Adanın digər hissəsinə isə Kipr Respublikasının nəzarəti altındadır.

1
Türkiyənin hərbi nümayəndə heyəti Azərbaycana gəlib

Türkiyənin hərbi rəhbərliyi Bakıdadır - FOTOLAR

12
(Yenilənib 11:06 13.08.2020)
Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin birinci mərhələsinin son epizodunu izləyəcək.

BAKI, 13 avqust — Sputnik. Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Güler, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlər avqustun 12-də axşam saatlarında Azərbaycana səfərə gəlib.

© AR Ministry of Defense
Türkiyənin hərbi nümayəndə heyəti Azərbaycana gəlib

Bu barədə Sputnik Azərbaycan Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.

Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov, Türkiyənin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və hər iki ölkənin müxtəlif qoşun növləri komandanları Fəxri xiyaban, Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

12