Türk polisi

Türkiyədə stadionda 46 nəfəri öldürən qatil tapıldı

24
(Yenilənib 18:02 12.06.2019)
Türkiyənin Daxili İşlər Nazirliyi terrorçunun Hakkari vilayətində həbs edildiyini açıqlayıb

BAKI, 12 iyun — Sputnik. 3 il əvvəl İstanbulda 46 nəfərin ölümü ilə nəticələnən qanlı terrorda iştirak edən terrorçulardan biri Mesut Bakar həbs edilib.

Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyi terrorçunun Hakkari vilayətində həbs edildiyini açıqlayıb. Terrorçu axtarışa verilmişdi və onun həbs edilməsi üçün əməliyyat keçirilib.

2016-cı il dekabrın 10-da İstanbulda "Beşiktaş" futbol klubunun ev oyunlarını keçirdiyi "Vodafon Park" stadionunda törədilən terror aktı nəticəsində 39-u polis, 7-si mülki vətəndaş olmaqla 46 nəfər şəhid olub.

24