Ukrayna Prezidenti Vladimir Zelenski

Zelenski saysız-hesabsız tələblərlə çıxış etdi, bəziləri yerinə yetirildi, bəzisi isə...

25
(Yenilənib 23:19 11.06.2019)
O, həmçinin bu gün 15 qubernatoru və Təhlükəsizlik Xidmətinin iki yüksək vəzifəli əməkdaşını vəzifələrindən azad edib.

BAKI, 11 iyun — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Ali Radadan ölkənin Baş Prokuroru Yuri Lutsenkonun vəzifədən azad edilməsinə razılıq verməsini istəyib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı keçirilmiş brifinqdə Prezident Administrasiyası rəhbərinin müavini Ruslan Ryaboşapka deyib.

Ukraynanın yeni seçilən prezidenti Vladimir Zelenski
© REUTERS / VALENTYN OGIRENKO

"Baş Prokuror Lutsenkonun vəzifəsindən azad edilməsi üçün təqdimat imzalanıb", - deyə Ryaboşapka bildirib.

Onun sözlərinə görə, Zelenski həmçinin, yenidən Ali Radadan XİN başçısı Pavlo Klimkini istefaya göndərməsini və onun yerinə Prezident Administrasiyasının rəhbərinin müavini Vadim Pristaykonun təyin edilməsini istəyib.

"Prezident Klimkinin xarici işlər naziri vəzifəsindən uzaqlaşdırılması üçün təqdimat imzalayıb", - deyə o bildirib.

Brifinqdə Ryaboşapka onu da deyib ki, Zelenski bu gün 15 regional administrasiyanın rəhbərini işdən çıxarıb.

O bildirib ki, Çerniqov, Xmelnitski, Xerson, Ternopol, Sumı, Poltava, Odessa, Nikolayev, Lvov, Kirovoqrad, Kiyev, İvano-Frankivsk, Zaporojye, Zakarpatye və Volın vilayətlərinin başçıları vəzifələrindən uzaqlaşdırılıb.

Ukrayna prezidenti Vladimir Zelenski
© Zelenskiy's Press Service/Pool Photo via AP

Zelenski, həmçinin Ukraynanın Təhlükəsizlik Xidməti rəhbərin müavinləri Oleq Frolovu və Vladislav Kosinskini seçkiqabağı təşviqat kampaniyası zamanı qeyri-qanuni hərəkətlərdə ehtimal olunan iştirakları səbəbindən istefaya göndərib.

"Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin iki müavini işdən çıxarılıb. Bu o şəxslərdir ki, bizdə olan məlumata görə, bir çox qeyri-qanuni hərəkətlərdə, həmçinin seçkiqabağı kampaniya zamanı müşahidə olunmuş qeyri-qanuni hərəkətlərdə iştirak ediblər. İşdən azad edilmə hələ onlar üçün yolun başlanğıcıdır. Digər məsələlər prosessual şəkildə həll olunacaq. Söhbət Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbərinin iki müavinin, Frolov Oleq Vladimiroviçin və Kosinski Vladislav Vladimiroviçin işdən azad edilməsindən gedir", - deyə Ryaboşapka bildirib.

25