Türkiyədə həbs

Türkiyədə məlum qruplaşmanın daha 52 üzvü ələ keçdi

16
Türkiyədə hazırda 30 min 559 FETÖ-cu həbsxanadadır

BAKI, 11 iyun — Sputnik. Ankara Baş Prokurorluğu FETÖ araşdırmalar çərçivəsində 52 şəxs haqqında saxlama qərarı çıxardıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, haqqında qərar çıxarılan şəxslərdən 48-i hazırda Türkiyə Quru Qüvvələrində çalışır.

Qeyd edək ki, daha əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, Türkiyədə hazırda 30 min 559 FETÖ-cu həbsxanadadır.

"Hazırda həbsxanalarda 30 min 559 min FETÖ-çu var. Çevriliş cəhdi edənlərə dünyanı dar edən bütün polislərə təşəkkür edirəm", - deyə Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, bu günə qədər hüquq-mühafizə orqanları sıralarından çıxarılanların sayı 31 mini keçib: "Ordu içərisindən xaric edilənlərin sayı 15 mini, məhkəmə orqanlarından xaric olunanların sayı 4 minin üzərindədir. Ölkəmizə edilən bu xəyanəti buraxmayacağıq. Dövlətimizi bundan tamamilə qurtarana qədər bizə haramdır".

16