Vaşinqtonun yeni "Tehran planı" açıqlandı

© AFP 2023 / Paul J. RichardsГосударственный департамент США
Государственный департамент США - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ İranın tələblərini müzakirə etməyə hazır olduğunu bildirib

BAKI, 11 iyun — Sputnik. Tehranla münasibətlərdə yaranmış gərginliyin yeganə həlli İrandan qaynaqlanan təhdidlərin bütün aspektlərini əhatə edən yeni və daha yaxşı razılaşmanın əldə edilməsidir.

Глава внешнеполитического ведомства Ирана Джавад Зариф - Sputnik Azərbaycan
İran nüvə silahı ilə bağlı bəyanat verdi

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu mətbuat konfransında çıxış edən ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus deyib.

"Bu təhdidlər 12 tələbdə qeyd olunub. Prezident Trampın və Dövlət Katibinin bildirdiyi kimi, bu tələbləri müzakirə etməyə hazırıq. İran liderləri bizimlə necə əlaqə saxlayacaqlarını bilirlər", - deyə Ortaqus bildirib. 

O, həmçinin deyib ki, İran çoxsaylı təhdidlərinə görə məsuliyyətə cəlb edilməlidir və onun Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmaq vədi "səhv istiqamətdə atılmış addımdır".

ABŞ-ın 2018-ci il mayın 8-də nüvə razılaşması kimi tanınan Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmasının ildönümü ilə əlaqədar olaraq İran razılaşma çərçivəsində könüllü şəkildə üzərinə götürdüyü bir sıra öhdəlikləri yerinə yetirməyəcəyini bəyan etmişdi. Bu öhdəliklər zənginləşdirilmiş uran və ağır su ehtiyatlarını əhatə edir.

Политолог Арзу Нагиев - Sputnik Azərbaycan
ABŞ-İran danışıqları başlayacaq, yoxsa müharibə - politoloq şərh edir

Görülən tədbirləri İran ABŞ-ın nüvə razılaşmasını pozması, Tehrana qarşı sanksiyalar tətbiq etməsi, həmçinin razılaşmada qalan digər üzvlərin (Almaniya, Fransa, Böyük Britaniya, Çin və Rusiya) yaranan problemləri lazımi qaydada həll edə bilməməsi ilə izah edib. Bununla bağlı İran həmin ölkələrə onun maraqlarını təmin etmək üçün 60 gün verərək, Birləşmiş Ştatların qərarlarından irəli gələn problemləri həll edə biləcəkləri halda sözügedən öhdəliklərin yerinə yetirilməsini bərpa edəcəyini vəd verib.

Eyni zamanda, nüvə razılaşmasına üzv ölkələrin İranın maraqlarını müəyyən edilmiş müddətdə təmin edə bilməyəcəyi halda, Tehran Ərak şəhərindəki reaktorun modernləşdirilməsini dayandırmağa və uranın zənginləşdirmə səviyyəsinə qoyulmuş məhdudiyyətlərdən imtina etməyə hazır olduğunu elan etmişdi.

Xəbər lenti
0