SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qazaxıstan vətəndaşları dövlət başçısını seçirlər

© Sputnik / Mediabanka keçidQazaxıstanda seçkilər
Qazaxıstanda seçkilər - Sputnik Azərbaycan
Abunə olmaq
Qazaxıstana 30 ilə yaxın rəhbərlik etmiş Nursultan Nazarbayev bu il martın 20-də səlahiyyətlərinin icrasını dayandırıb

BAKI, 9 iyun - Sputnik. Bu gün Qazaxıstan vətəndaşları ölkənin yeni prezidentini seçir.

Sputnik Azərbaycan xəbər verir ki, prezident postu uğrunda yeddi namizəd mübarizə aparır. 

Ölkədə 12 milyona yaxın seçici var. Bu, Qazaxıstanda 6-cı prezident seçkiləridir. Qazaxıstan Konstitusiyasına əsasən, ölkə prezidenti 5 il müddətinə seçilir. 

Qazaxıstana 30 ilə yaxın rəhbərlik etmiş Nursultan Nazarbayev bu il martın 20-də səlahiyyətlərinin icrasını dayandırıb. Bununla əlaqədar dövlət başçısı hazırkı seçkilərdə namizədlərdən biri olan Kasım-Jomart Tokayev olub. O, bu vəzifəyə qədər parlamentin yuxarı palatasının sədri vəzifəsini icra edib. Tokayev səlahiyyətlərinin icrasına başladıqdan 3 həftə sonra növbədənkənar seçkilər təyin edib. 

Xəbər lenti
0