SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-a getmək istəyənləri nə gözləyir - Səfirlik sosial şəbəkə tələbini şərh etdi

© AFP 2023 / Timothy A. ClaryАмериканский флаг на фоне Статуи Свободы
Американский флаг на фоне Статуи Свободы - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Dövlət Departamenti vizalar üçün anket formalarını yeniləyir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 7 iyun — Sputnik. Mayın 31-dən etibarən ABŞ-a bütün viza tipləri almaq üçün yeni anket forması qüvvəyə minib. Yeni dəyişikliklərə əsasən, ABŞ viza üçün müraciət edənlərdən son beş ildə istifadə etdikləri sosial şəbəkələrin ünvanını tələb etməyə başlayıb. Ərizədə "sosial şəbəkələrin identifikasiya məlumatları" bölməsi yerləşdirilib. Viza almaq istəyən şəxs sosial şəbəkələrdən istifadə etmədiyini də göstərə bilər. Lakin o, yalan məlumat təqdim edəcəyi təqdirdə viza almaq barədə ərizəsi rədd edilə bilər. Yeni qaydalardan istisna ancaq diplomatik və rəsmi viza iddiaçılarına şamil ediləcək.

ASAN Viza terminalı, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
"ASAN Viza" vasitəsi ilə hava limanlarında viza alan turistlərin sayı bilindi

Ümumilikdə bu qərar bütün dünyada olduğu kimi Azərbaycanda da birmənalı qarşılanmayıb. İnsanların əksəriyyəti düşünür ki, yeni qaydanın tətbiqi Birləşmiş Ştatlar səfirliyindən viza alınmasını daha da çətinləşdirəcək. Sputnik Azərbaycan məsələ ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi ilə əlaqə saxlayıb.

Səfirlikdən qeyd olunub ki, hazırda Birləşmiş Ştatlar hökumətinin Dövlət Departamenti "DS-160" və "DS-260" kimi də tanınan qeyri-immiqrasiya və immiqrasiya vizaları üçün anket formalarını yeniləyir.

Bildirilib ki, yeni anket formaları ilə müraciət edən şəxslər bu informasiyanı (son beş ildə istifadə etdiyi sosial şəbəkələr barədə məlumatı – red.) da göstərməlidirlər.

"ABŞ-a səyahət etmək istəyən hər bir potensial turist və immiqrant ciddi təhlükəsizlik yoxlamalarından keçir. Çünki vizaların alınması üzrə ərizələr nəzərdən keçirilərkən milli təhlükəsizlik bizim üçün əsas prioritet olaraq götürülür. Biz daha əvvəl bütün viza almaq istəyən şəxslərdən öz ərizələrində müəyyən əlaqə məlumatlarını, səyahət tarixçələrini, ailə üzvləri haqqında məlumatları və əvvəlki ünvanlarına dair məlumatları göstərmələrini istəyirdik. Viza üçün müraciət edən şəxslərdən əlavə olaraq bu məlumatların da toplanması (son beş ildə istifadə etdiyi sosial şəbəkələr barədə məlumatı – red.) bizim ərizə verən şəxsi yoxlamağımızı və onun şəxsiyyətinin təsdiqlənməsi prosesini gücləndirəcək. Konsulluq əməkdaşları istifadəçilərin şifrələrini tələb etməyəcək, viza üçün müraciət edən şəxsin sosial şəbəkə platformalarında tətbiq etdiyi məxfilik qaydalarını pozmağa cəhd etməyəcəklər. Konsulluq əməkdaşları viza üçün müraciət edən şəxsin irqi, dini, etnik mənsubiyyəti, siyasi görüşləri, cinsi və ya seksual oriyentasiyasına görə ona viza verməkdən imtina edə bilməzlər. Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi olaraq biz qanuni yolla ABŞ-a səfər edən şəxsləri salamlayır və həvəsləndiririk", - deyə səfirliyin agentliyimizə verdiyi məlumatda qeyd olunur.

ABŞ vizası, arxiv şəkli - Sputnik Azərbaycan
ABŞ Rusiya vətəndaşları üçün viza qiymətini bahalaşdırdı

Sputnik Azərbaycan ölkəmizdə akkreditasiya olunmuş bəzi xarici ölkələrin diplomatik nümayəndəliklərinin viza üçün müraciət edən şəxslərdən istifadə etdikləri sosial şəbəkələrə dair məlumatı tələb edib-etməmələri ilə də maraqlanıb.

İsrailin Azərbaycandakı səfirliyindən məsələ ilə bağlı açıqlamada qeyd olunur ki, viza almaq üçün müraciət edən şəxslərdən sosial şəbəkə hesabları barədə məlumat tələb olunmur: "İsrailə viza almaq üçün lazım olan sənədlər və tələblərin siyahısı səfirliyin rəsmi internet səhifəsində yerləşdirilib. Bütün yeniliklər, sənəd və tələblərə dair dəyişikliklər səfirliyin internet səhifəsində dərhal yerləşdirilir".

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyindən bildirdilər ki, sıravi Azərbaycan vətəndaşlarına turistik viza tur şirkətləri tərəfindən verilir: "Səfirlik tərəfindən verilən rüsumsuz (dostluq) vizalarda isə şəxslərdən sosial şəbəkələrdəki hesabları barədə məlumat tələb olunmur".

Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən qeyd olunub ki, viza işlərinə səfirlik və Xarici İşlər Nazirliyi tərəfindən baxılmır. Əldə etdiyimiz məlumata görə, bu işlə Böyük Britaniyanın Daxili İşlər Nazirliyi (Home Office) (www.gov.uk/government/organisations/home-office) məşğul olur. Home Office-in saytında Böyük Britaniyaya viza tələblərinə nəzər yetirdikdə sosial şəbəkə hesablarının göstərilməsinə dair tələbə rast gəlmədik.

Xəbər lenti
0