Angela Merkel

Merkel tabe olmadı - "Şimal Axını 2" layihəsinə dəstək

108
(Yenilənib 14:53 04.06.2019)
Kanslerin fikrincə, Ukrayna ərazisindən tranzitdən savayı, "Şimal Axını 2" qaz borusu da tikilə bilər

BAKI, 4 iyun — Sputnik. Almaniya Kansleri Angela Merkel alman sənayesinin "Şimal Axını 2" boru xəttinin tikintisinin zəruri olduğuna dair mövqeyini dəstəklədiyini bildirib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Merkel alman federal sənaye birliyinin Berlində keçirilmiş konfransında çıxışı zamanı bu bəyanatı verib.

Onun sözlərinə görə, nüvə və kömür enerjisindən imtina enerji siyasətində, enerji istehlakında yeni planlaşmanı tələb edir. Almaniya kansleri qeyd edib ki, enerji təminatının təhlükəsizliyi üçün yeni planlar ilin sonuna qədər təklif olunacaq.

Merkel izah edib ki, nüvə və kömür enerjisindən imtina, enerji daşıyıcısı kimi təbii qaza keçidi tələb edir.

"Bu səbəbdən mən hər zaman deyirəm ki, Ukrayna ərazisindən tranzitdən savayı, qaz borusu kimi "Şimal Axını 2" də tikilə bilər" - deyə Merkel bildirib.

108
 Braziliyada epidemioloji vəziyyət

Virusdan ölənlərin sayı getdikcə artır

6
(Yenilənib 12:35 04.07.2020)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 4 iyul — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı 11 078 760-a çatıb. Bu barədə Sputnik Azərbaycan Cons Hopkins Universitetinin saytına istinadən xəbər verir.

Məlumata əsasən, virusa yoluxmuş 525 191 nəfər vəfat edib, 5 875 364 xəstə isə sağalıb.

Koronavirusa yoluxmaların sayına görə ilk pillədə ABŞ qərarlaşıb ki, bu ölkədə xəstələrin sayı 2 milyon 794 min 321 nəfərə çatıb. Avropada virusa yoluxanların sayına görə Rusiya ilk yerdədir. Belə ki, bu ölkədə 666 941 yoluxma qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
İT mütəxəssisi Vahid Qasımov

İT mütəxəssisi: “5G-nin insan bədəninə ziyanından danışmaq əsassızdır”

127
(Yenilənib 11:44 04.07.2020)
İT mütəxəssisi Vahid Qasımov deyir ki, necəki 3G, 4G texnologiyaları tətbiq edilməyə başlayanda müxtəlif nağıllar danışılırdısa, indi də daha geniş imkanlara sahib 5G haqqında belə nağıllar dolaşır
Vahid Qasımov: “Azərbaycanda 5G texnologiyasının sürətlə yayılması ehtimalı aşağıdır”

Azərbaycanda 5G texnologiyası tətbiq olunmur. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

İT mütəxəssisi Vahid Qasımov Sputnik Azərbaycan-a deyir ki, 5G texnologiyası bizim gündəlik istifadə etdiyimiz mobil internet texnologiyalarının yeni versiyasıdır:

“Necəki 3G, 4G texnologiyaları tətbiq edilməyə başlayanda müxtəlif nağıllar danışılırdısa, indi də daha geniş imkanlara sahib 5G haqıqnda belə nağıllar dolaşır. Bu texnologiyalarından istifadə olunması ilə bağlı beynəlxalq təşkilatlar təfindən müəyyən qaydalar hazırlanır və ondan sonra tətbiq edilməyə başlanır. Ona görə də 5G-nin insan bədəninə hansısa ziyanından danışmaq hazırkı məqamda əsassızdır. Artıq 5G şəbəkələri dünyanın 20-25 ölkəsində aktiv şəkildə tətbiq edilir. Azərbaycanda isə 5G texnologiyasının sürətlə yayılma ehtimalı aşağıdır”.

Vahid Qasımovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

127
Qadın su içir, arxiv şəkli

Sabah havanın temperaturu 38 dərəcəyə yüksələcək

0
(Yenilənib 14:10 04.07.2020)
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.

BAKI, 4 iyul — Sputnik. Azərbaycanda iyulun 5-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 32-37, Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

0