Tramp Ərdoğanın təklifini qəbul etdi, "S-400" mübahisəsinə son qoyulur

© Photo : Tatyana Zenkovich / pool photo via APABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli
ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Pentaqon Rusiya istehsalı olan "S-400"lərin radar sisteminin "F-35"-lərin gizli məlumatlarını ələ keçirəcəyindən ehtiyat edir.

BAKI, 31 may — Sputnik. İngiltərədə fəaliyyət göstərən və əsasən Yaxın Şərqdə baş verənləri işıqlandıran "Middle East Eye" (MEE) internet saytı  son telefon danışığı zamanı Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Trampın "S-400" məsələsi ilə bağlı müəyyən razılığa gəldiklərini bildirib.

Bağdad şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan
ABŞ-ın İran planı pozulur, əsas ölkələrdən biri Tehranın yanındadır
  Sputnik Azərbaycan Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ragıb Soylu Türkiyə rəsmilərindən məlumat əldə edib.

Məlumatda qeyd olunur ki, çərşənbə günü baş tutan danışıq zamanı Tramp Ərdoğanın "S-400"lərlə bağlı işçi qrupunun yaradılması təklifini qəbul edib. Onun məsələyə neqativ yanaşan Müdafiə Nazirliyi və Dövlət Departamentinin mövqeyinə qarşı çıxdığı da xüsusi qeyd olunur.

Qeyd edək ki, Vaşinqton rəhbərliyi Türkiyənin Rusiyadan aldığı "S-400" hava hücumundan müdafiə zenit raket komplekslərinin "F-35" qırıcıları üçün təhlükə yaradacağını düşünür.

Pentaqon Rusiya istehsalı olan "S-400"lərin radar sisteminin "F-35"-lərin gizli məlumatlarını ələ keçirəcəyindən ehtiyat edir.

Xatırladaq ki, mayın 23-də ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib ki, rəsmi Vaşinqton Ankaranı Rusiya istehsalı olan "S-400" zenit-raket komplekslərinin "ciddi mənfi nəticələrinin olacağı" barədə xəbərdarlıq edib.

O, əlavə edib ki, "S-400" zenit-raket komplekslərinin alınması Türkiyənin ABŞ və NATO ilə müdafiə sahəsində münasibətlərinə ciddi təsir edəcək.

Qeyd edək ki, mayın 22-də ABŞ-ın "CNBC" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb ki, Birləşmiş Ştatlar Türkiyəyə "S-400" zenit-raketləri ilə bağlı ultimatum verib. Bildirilir ki, Ankara iki həftə ərzində Moskva ilə sövdələşməni pozmalı və Amerikanın "Patriot" raket əleyhinə müdafiə sistemlərini almalıdır. Əks təqdirdə ABŞ Türkiyəni "F-35" proqramından çıxaracaq.

Amerika hökuməti Türkiyəni vəd olunmuş yüzlərlə qırıcıdan məhrum etməklə yanaşı, ona qarşı sanksiyalar tətbiq etməklə də hədələyib. Eyni zamanda bu, NATO tərəfindən də "reaksiyaya" səbəb ola bilər.

Xəbər lenti
0