İstanbulda dəhşətli yanğın – Ölən və yaralananlar var

© AFP 2023 / OZAN KOSEİstanbulda yanğınsöndürənlər, arxiv şəkli
İstanbulda yanğınsöndürənlər, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yanğın nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb

BAKI, 27 may — Sputnik. Türkiyənin İstanbul şəhərinin Kadıköy rayonunda üçmərtəbəli binada baş verən yanğın nəticəsində ölən və yaralanlar var.

Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, yanğın nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə yaralanıb. Baş verən yanğın ətrafdakı 3 binaya da keçib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım cəlb edilib, binalarda qalan sakinlər təxliyə edilib. Yanğın söndürülüb.

Yanğının başladığı boş binanın kağız yığan adamları tərəfindən anbar olaraq istifadə etdiyi irəli sürülüb.

Xəbər lenti
0