Coli-Pit cütlüyü barədə maraqlı xəbər yayılıb

© AP Photo / Amel EmricAncelina Coli və Bred Pit Sarayevo kinofestivalında, arxiv şəkli
Ancelina Coli və Bred Pit Sarayevo kinofestivalında, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Aktrisa bilərəkdən məhkəmə prosesini yubatmaq üçün əngəllər yaradır"

BAKI, 26 may — Sputnik. İki il yarım əvvəl boşanmaq üçün məhkəməyə müraciət edən məşhur aktrisa Ancelina Coli və məşhur aktyor Bred Pit haqqında yeni iddialar ortaya atılıb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, Coli Pitlə evliyiyini xilas etməyə çalışır.

"Buna görə də bilərəkdən məhkəmə prosesini yubatmaq üçün əngəllər yaradır" - deyə yayılan məlumatda bildirilir.

Qeyd olunur ki, aktyorun isə bu evliliyə münasibəti eyni cür deyil: "Pit, sadəcə uşaqlarına görə Coli ilə dostcasına münasibət saxlayır".

Xəbər lenti
0