Tramp "Rusiya işi" ilə bağlı yekun qərar verdi

© REUTERS / CARLOS BARRIAABŞ prezidenti Donald Tramp Ağ Evə qayıdarkən jurnalistlərə baş barmağını qaldırır
ABŞ prezidenti Donald Tramp Ağ Evə qayıdarkən jurnalistlərə baş barmağını qaldırır - Sputnik Azərbaycan
Abunə olmaq
2016-cı ildə Trampın seçkiqabağı ofisi üzrə araşdırmalara ABŞ xüsusi xidmət orqanları da qoşulub

BAKI, 24 may — Sputnik. ABŞ prezidenti Donald Tramp ölkənin Baş Prokuroru Uilyam Bara 2016-cı ildə Rusiyanın ABŞ-da keçirilən seçkilərə mümkün müdaxiləsi işi üzrə istənilən məlumatı açıqlamağa icazə verib.

Sputnik Azərbaycan xəbər verir ki, Trampın sərəncamını Ağ Evin mətbuat katibi Sara Sanders öz "Twitter" səhifəsində yazıb.

Sərəncamda o da qeyd olunur ki, 2016-cı ildə Trampın seçkiqabağı ofisi üzrə araşdırmalara ABŞ xüsusi xidmət orqanları da qoşulub.

Sənəddə qeyd olunur ki, qərar ABŞ sakinlərinə "Rusiya işi" haqqında bütün "həqiqətin" təqdim olunmasına, həmçinin onun araşdırılması zamanı görülən tədbirlər barədə məlumatın təqdim olunmasına yönəlib.

Xəbər lenti
0