Qocalar evində 102 yaşlı qadın 92 yaşlı həmcinsini öldürüb

CC0 / Free-Photos / HandsQoca qadın əlləri, arxiv şəkli
Qoca qadın əlləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma başlayıb

BAKI, 24 may — Sputnik. Fransada qocalar evində qəribə hadisə baş verib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, qocalar evində yaşayan 92 yaşlı qadın gecə yaralı şəkildə tapılıb.

Həkim müayinəsi zamanı qadının dünyasını dəyişdiyi məlum olub. Həkimlər müəyyən ediblər ki, qadın boğulub və üzünə zərbələr vurulub. Yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Və ortaya çıxıb ki, həmin binada yaşayan 102 yaşlı qadın öz baxıcısına bir nəfəri öldürdüyünü deyib. Bununla bağlı araşdırma başlayıb.

Xəbər lenti
0