Ukrayna prezidenti Vladimir Zelenski

Zelenskinin taleyüklü qərarı qüvvəyə mindi

99
(Yenilənib 11:14 23.05.2019)
Növbədənkənar parlament seçkiləri iyulun 21-ə təyin olunub

BAKI, 23 may — Sputnik. Ukrayna prezidenti Vladimir Zelenski tərəfindən imzalanmış Ali Radanın buraxılması haqqında qərar qüvvəyə minib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, prezidentin sərəncamı rəsmi dövlət qəzetində dərc olunub.

Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-inə təyin olunub.

Xatırladaq ki, Ukraynanın Ali Radası növbədənkənar iclas zamanı ölkə prezidenti Vladimir Zelenski tərəfindən təklif edilən seçkilər haqqında qərarı gündəliyə çıxarmaqdan imtina edib.

Sənədin nəzərdən keçirilməsinin lehinə 92 deputat səs verib. Sənədin gündəliyə çıxarılması üçün 226 səs lazım olub. Səsvermədən sonra parlamentin spikeri Andrey Parubuy iclası yekunlaşdırıb.

Ukrayna prezidentinin təklif etdiyi dəyişikliklərə görə, majoritar səsvermə sistemi ləğv olunmalı və parlamentə keçid üçün baryer 5 faizdən 3 faizə düşməli idi.

99
Əlaqədar
Ukraynada böyük gün: Poroşenko və Zelenski "son döyüşə" çıxacaq
Ukrayna prezidentini seçdi: Zelenski rəqibini darmadağın etdi
Vladimir Zelenski seçkiqabağı vədinə əməl etdi
Ukrayna Mərkəzi Seçki Komissiyası Zelenski barədə qərar verdi