Ermənistanda ara qarışıb, əhali küçələrə axışaraq məhkəmə binalarını zəbt edir

© Sputnik / Andranik GhazaryanYerevan sakinləri etirazlara toplaşırlar
Yerevan sakinləri etirazlara toplaşırlar - Sputnik Azərbaycan
Abunə olmaq
Paşinyan: "Elə etməliyik ki, heç kim içəri daxil ola bilməsin"

BAKI, 20 may — Sputnik. Ermənistan vətəndaşları ölkənin Baş naziri Nikol Paşinyanın çağırışlarına əməl edərək Yerevan məhkəmələrinin qarşısına toplaşmağa başlayıblar. Sputnik Ermənistan xəbər verir ki, yağan yağış da onlara mane olmur. 

Никол Пашинян - Sputnik Azərbaycan
Ermənistan yenə çalxalanır: Paşinyan "inqilabın ikinci mərhələsini" anons edib

Paşinyan əhalini Ermənistanda bütün məhkəmələrin giriş və çıxışlarını bağlamağa çağırıb. "Səhər 08:30-dan başlayaraq istisnasız olaraq bütün məhkəmə binalarının giriş və çıxışlarını bağlayırıq. Elə edirik ki, heç kim içəri daxil ola bilməsin. Saat 12:00-da mənim çıxışım canlı yayımlanacaq", - deyə Paşinyan rəsmi "Facebook" səhifəsində yazıb.

Aksiya iştirakçıları təyin olunan vaxtdan da qabaq məhkəmə binalarına giriş və çıxışları bağlayıblar.

Xatırladaq ki, mayın 18-də məhkəmə Ermənistanın ikinci Prezidenti Robert Koçaryanı, separatçı "Dağlıq Qarabağ Respublikası"nın indiki və sabiq "prezidentlərinin" zəmanəti ilə həbsdən azad edib.

Qeyd edək ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd - Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Nikol Paşinyan Ermənistanın Baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı Prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunmuşdu.

Xəbər lenti
0