Həzm sistemində əməliyyat, arxiv şəkli

Bağırsaq xərçəngindən əziyyət çəkən gənclərin sayı artıb

90
(Yenilənib 13:53 18.05.2019)
Öncələr hər yüz min nəfərə düşən bağırsaq xərçəngi xəstəliyinin nisbəti 0,8 idisə, hazırda bu rəqəm 2,3-dür

BAKI, 19 may — Sputnik. Hollandiyalı elm adamları 20 Avropa ölkəsində 143 milyondan artıq xəstənin məlumatlarını toplayaraq bağırsaq xərçəngi ilə bağlı ilginc məlumatları açıqlayıblar.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 1990-2016-cı illərə aid olan xəstəlik məlumatlarını araşdıran elm adamları belə qənaətə gəliblər ki, ötən 26 ildə bağırsaq xərçəngindən əziyyət çəkən 20-29 yaşlı gənclərin sayında 3 qat artım olub.

Onların açıqladığı məlumata görə, öncələr hər yüz min nəfərə düşən bağırsaq xərçəngi xəstəliyinin nisbəti 0,8 idisə, hazırda bu rəqəm 2,3-dür.

90