F-16 qırıcısı, arxiv şəkli

ABŞ-da F-16-nın qəzaya uğramasının videogörüntüləri yayıldı

494
(Yenilənib 17:41 17.05.2019)
Qırıcı ABŞ HHQ-nin aviabazasının ərazisinə düşüb

BAKI, 19 may — Sputnik. İnternet şəbəkəsində Kaliforniyada ABŞ HHQ-yə məxsus F-16 təyyarəsinin qəzaya uğramasının videosu peyda olub. Sputnik Azərbaycan-ın məlumatına əsasən, roliki  ABC7 telekanalı yerləşdirib.

Hadisəni yaxınlıqdan keçən avtomobilin videoqeydiyyatçısı lentə alıb. Kadrlarda təyyarənin binaya necə çırpıldığı görünür.

Qırıcı ABŞ HHQ-nin aviabazasının ərazisinə düşüb. Pilot katapultla canını qurtara bilib. Hadisə nəticəsində xəsarət alan yoxdur.

İlkin məlumata əsasən, F-16-da hidravlika sistemi ilə bağlı problemlər qəzaya səbəb olub.

494