Арнольд Шварценеггер

Qara dərili oğlan "Terminator"a qoşa təpik vurmaqla tarixə düşdü - VİDEO

3921
(Yenilənib 19:26 16.05.2019)
Şvartseneggerə CAR-dakı tədbir zamanı hücum edilib

BAKI, 19 may — Sputnik. CAR-da keçirilən idman tədbiri zamanı Arnold Şvartseneggeri bu cür hoqqaları ilə tanınan "ağılsız fanat" təpiklə vurub, lakin aktyor ona qarşı ittiham irəli sürmək fikrində deyil. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Arnold Classic Africa yarışlarının təşkilatçıları bildiriblər. 

Şvartseneggerə CAR-dakı tədbir zamanı hücum edilib. Videokadrlardan görünür ki, Şvartsenegger yarışları çəkən vaxt naməlum şəxs tullanaraq havada ona qoşa təpik vurur. Hücum edəni dərhal saxlayırlar.

Şvartseneggerin özü bildiirb ki, narahatlığa əsas yoxdur. O qeyd edib ki, təpik vurulduğunu hiss etməyib.

Arnold Classic Africa yarışlarının təşkilatçısı Ueyn Prays hesab edir ki, hücum edən bu insidenti planlaşdırıb, çünki o daha əvvəl də analoji hoqqalar törədibmiş.

Kadrlardan hücum edənin anormal olduğu anlaşılır. Çünki təpik vurduqdan sonra möhkəm səslə günahsız adam imiş kimi "kömək edin!" qışqırır.

3921