Пластиковые бутылки, фото из архива

Alim dünyanın ən dərin yerində insanların atdığı tullantıları aşkarladı

574
(Yenilənib 15:29 14.05.2019)
Hər il Sakit okeana milyon tonlarla plastik əşyalar tökülür

 

BAKI, 19 may — Sputnik. Amerikalı tədqiqatçı Viktor Veskovo Sakit okeandakı Marian çökəkliyinin 11 kilometr dərinliyinə rekord dalış edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, tədqiqatçı çökəklikdə insanların atdığı tullantıları - plastik paket və konfet kağızı tapıb.

Veskovo eyni zamanda burada xərçəngkimilərin amfipod adlandırılan 4 yeni növünü və çəhrayı ilbiz də aşkarlayıb. Alim həmin canlılardan nümunə götürüb. Veskovo komandası ilə birlikdə çökəklikdən qaya nümunələrini yığıb və oradakı canlıların orqanizmində mikroplastiklərin olub-olmadığını yoxlamağı planlaşdırır.

Qeyd edək ki, hər il Sakit okeana milyon tonlarla plastik əşyalar tökülür. Martın 27-də Avropa Parlamentinin deputatları birdəfəlik plastik qabların, qulaq çöplərinin və s. satışını qadağan edən qanun layihəsini qəbul ediblər.

574