Şirlər, arxiv şəkli

Vəhşi təbiətdə amansız mübarizə - VİDEO

103
(Yenilənib 19:22 17.05.2019)
Hər şey vəhşi itlərin şirə hücum etməsi ilə başlayıb

BAKI, 18 may — Sputnik. Zimbabvedə maraqlı hadisə baş verib. Sputnik Azərbaycan Rusiya mətbuatına istiadən xəbər verir ki, qoruqda vəhşi itlər şirə hücum edib. Şir itlərdən birini tutmağı bacarıb.

O, daha sonra həmin iti ağzına alaraq başqa yerə aparmağa başlayıb. Bunu görən digər itlər şirə hücum edərək, onu qəzəbləndirib. Şir də qəzəblənərək ağzında tutduğu iti yerə tullayıb, digər itə hücum edib.

Bundan istifadə edən vəhşi it şirin ağzından qurtularaq qaçıb. Beləliklə, vəhşi itlər öz sürülərindən olan digər iti şirdən xilas edə bilib.

103