Həbsxanada bunt qalxıb, 154 məhkum qaçıb

© AP Photoİndoneziyanın Şimali Sumatra əyalətindəki həbsxana
İndoneziyanın Şimali Sumatra əyalətindəki həbsxana - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə məhkumlardan birində narkotik vasitə aşkarlanması ilə başlayıb

BAKI, 18 may — Sputnik. İndoneziyanın Şimali Sumatra əyalətindəki həbsxanaların birindən xeyli sayda məhbus qaçıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, hadisə məhkumlardan birində narkotik vasitə aşkarlanması ilə başlayıb.

Bundan sonra digər məhbuslar qarışıqlıq yaratmaq üçün binada yanğın törədiblər. Nəticədə isə 154 məhbus həbsxanadan qaçıb.

Polis qaçanlardan çoxunun saxlanıldığını açıqlayıb. Hazırda 51 nəfərin axtarışı gedir.

Xəbər lenti
0