Председатель Верховной рады Украины Андрей Парубий

Köhnə qvardiya yeni prezidenti seytnota saldı

1408
(Yenilənib 13:34 17.05.2019)
Ukraynada aprelin 21-də keçirilmiş prezident seçkilərinin ikinci turunda şoumen Vladimir Zelenski qalib gəlib

BAKI, 17 may — Sputnik. Ukrayna Ali Radasının spikeri Andrey Parubiy parlament koalisiyasının öz fəaliyyətini dayandırdığını elan edib. Sputnik Azərbaycan bu barədə Rusiya mətbuatına istinadən məlumat verir.

Parubiy bildirib ki, "Xalq cəbhəsi" fraksiyası koalisiyasından çıxdığı üçün parlament koalisiyası fəaliyyət göstərə bilməz.

"Xalq cəbhəsi"nin qərarı barədə isə fraksiyanın lideri Maksim Burbak məlumat verib. Onun sözlərinə əsasən, yeni şəraitə uyğun yeni koalisiya yaradılmalıdır. 

Ukrayna qanunvericiliyinə görə, koalisiyanın fəaliyyətinin dayandırılması avtomatik olaraq yaxın aylarda parlamentin buraxılmasını əngəlləyəcək. Beləliklə, yeni seçilmiş prezident Vladimir Zelenskinin komandasının dilə gətirdiyi Ali Radanın buraxılması arzusu elə arzu olaraq qalacaq.

Qeyd edək ki, Ukraynada aprelin 21-də keçirilmiş prezident seçkilərinin ikinci turunda şoumen Vladimir Zelenski qalib gəlib. O, mayın 20-dən vəzifələrinin icrasına başlayacaq.

1408