İraqın Kərkük əyalətində cümə namazından sonra, arxiv şəkli

İŞİD Kərkükə qayıtdı: Ölənlər var

133
(Yenilənib 17:32 16.05.2019)
Birinci hücumda 4, ikinci hücum zamanı isə 2 polis əməkdaşı dünyasını dəyişib

BAKI, 16 may — Sputnik. İraqın Kərkük şəhərində İŞİD terror təşkilatının Federal Polis Qüvvələrinə qarşı təşkil etdiyi iki ayrı hücumda 6 polis əməkdaşı öldürülüb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, birinci hücumda 4, ikinci hücum zamanı isə 2 polis əməkdaşı dünyasını dəyişib.

Xatırladaq ki, terror təşkilatı olan İŞİD 2014-cü ildə Mosul da başda olmaqla İraq torpaqlarının 1/3-ni ələ keçirtmişdi. Daha sonra bu torpaqların böyük bir hissəsi İraqın müdafiə qüvvələri tərəfindən 2017-ci ildə geri alınmışdı.

133