Hicablı uşaq

Bu ölkədə ibtidai sinif şagirdlərinə hicab taxmaq qadağan edildi

118
Bir sıra qeyri-hökumət təşkilatları bu qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirib

BAKI, 16 may — Sputnik. Avstriyada ibtidai sinif şagirdlərinə (10 yaşadək) hicab taxmaq qadağan olunub. Sputnk Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkə parlamenti qanun qəbul edib.

Başda Avstriya İslam Cəmiyyəti olmaqla, bir sıra qeyri-hökumət təşkilatları bu qanunun ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edəcəklərini bildirib. Onların fikrincə, bu qanun konstitusiyada bərabərlik prinsipinə ziddir.

"İbtidai sinif şagirdlərinin 10 yaşına kimi başlarını örtəcək şəkildə dini inancları təmsil edən paltarlar geyinməsi qadağandır" - deyə qanunda yazılıb.

Sənəddə deyilir ki, qanun pozuntusuna yol verən ailələr 440 avroyadək cərimələnəcək.

Avstriyada bütün məktəblərdə xristianlara aid xaç simvolunun və yəhudilər tərəfindən istifadə olunan təkkənin (baş geyimi) qadağan edilməməsi səbəbindən, bu addım müsəlmanlara qarşı ayrı-seçkiliyin göstəricisi kimi qarşılanır.

118
Teqlər:
qadağa, şagird, qanun, hicab, ibtidai sinif
Əlaqədar
Hicab məsələsi böyüyür: millət vəkili universitet rektoruna qarşı çıxdı
Hərbçi modelimizi hicabda görənlər gözlərinə inanmayıblar
İlk hicablı buz şahzadəsi
Hicaba və ərinin Rusiyaya getməsinə etiraz edən qadın rayonu ayağa qaldırıb