ABŞ Venesuelaya yönəlik sərt qərar verdi

© REUTERS / AGUSTIN MARCARIANVenesuelada etirazlar
Venesuelada etirazlar  - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev belə bir addımın atılmasının səbəbini ölkədəki çaxnaşma ilə izah edib

BAKI, 16 may — Sputnik. ABŞ hökuməti Venesuelaya yük daşımalarını həyata keçirən uçuşların dayandırılması ilə bağlı qərar verib. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən xəbərinə görə, Ağ Ev belə bir addımın atılmasının səbəbini ölkədəki çaxnaşma və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi ilə izah edib.

Dövlət katibi Mayk Pompeyo bildirib ki, bu qərarın verilməsinə səbəb ötən ildən etibarən Venesuelada davam edən gərginlikdir: "Artıq qərar təsdiqlənib və icrası reallaşır. Ayrıca olaraq, bu qərar Venesuelaya təşkil olunacaq uçuşlarda baş verə biləcək risklərlə bağlıdır. Ölkədə vəziyyət sabitləşənədək uçuşlar həyata keçirilməyəcək".

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti Prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya və daha bir neçə ölkə isə Maduronu dəstəklədiyini bildirib. Hazırda ölkədə xaotik vəziyyət hökm sürür.

Xəbər lenti
0