Oğru

Dini məkandan oğurluq olub, həm qəribə şəkildə

34
(Yenilənib 19:55 14.05.2019)
Oğrular sədəqə üçün yığılmış pulu aparmaqla kifayətlənməyiblər

BAKI, 15 may — Sputnik. Türkiyənin Adana şəhərində qəribə olay baş verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, oğrular pəncərəni qıraraq "Quran" kursları keçirilən məkana daxil olublar.

Onlar içəridə sədəqə üçün yığılan 500 Türk lirəsini oğurlayıblar. Lakin dərhal da ərazini tərk etməyiblər. Pulları götürdükdən sonra mətbəxə keçərək, hazırlanmış yeməkləri yedikdən sonra məkandan ayrılıblar.

Artıq polis tərəfindən onların axtarışlarına başlanılıb.

34
Teqlər:
oğru, məkan, kurs
Əlaqədar
Evdən yeddi min manatlıq qızıl oğurlandı
Məktəbdən proyektor oğurlayanlar saxlanılıb
Bərdə sakininin oğurlanmış qızılları tapıldı