Təl-Əvivdə Avroviziya musiqi yarışmasına hazırlıq

Azərbaycanın da iştirak etdiyi mötəbər tədbirdə terror olacağı barədə xəbərdarlıq

1313
(Yenilənib 14:05 14.05.2019)
"Avroviziya" müsabiqəsində terror aktı gözlənilir

BAKI, 14 may — Sputnik. ABŞ-ın Yerusəlimdəki (Qüds) səfirliyi İsraildəki ABŞ vətəndaşlarını terror aktları və raket hücumları təhdidi ilə bağlı ehtiyatlı olmağa çağırıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə İsrailin "Yedioth Ahronoth" qəzeti məlumat yayıb.

Amerikanın diplomatik missiyası qeyd edib ki, gözlənilən terror aktları Təl-Əvivdə "Avroviziya" musiqi müsabiqəsinin keçirildiyi vaxtla üst-üstə düşə bilər.

"Terror qruplaşmalarının hücumları üçün Yerusəlimdə ABŞ səfirliyinin açıldığı gün seçilə bilər. Həmin gün Təl-Əvivdə "Avroviziya" müsabiqəsi və Nakba Günü (Fələstin ərəbləri hər il mayın 15-də İsrailin müstəqilliyini elan etdiyi günü (14 may) fəlakət günü kimi qeyd edirlər-red.) ilə üst-üstə düşür" - deyə ABŞ səfirliyinin məlumatında bildirilir.

Orada qeyd olunur ki, Amerika vətəndaşları "həssas olmalı, zəruri addımlar atmalı və təhlükəsizlik tədbirləri görməlidirlər".

Bu gün Təl-Əvivdə "Avroviziya-2019"un birinci yarımfinalı keçiriləcək. Səhnəyə 17 ölkənin təmsilçisi, o cümlədən Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya və Macarıstan nümayəndələri çıxacaq. Şou müsabiqənin ötən ilki qalibi, israilli müğənni Netta Barzilayın çıxışı ilə başlayacaq.

Xatırladaq ki, 2017-ci ilin axırlarında ABŞ prezidenti Donald Tramp İsrail səfirliyini Təl-Əvivdən Yerusəlimə köçürmək barədə qərar qəbul edib və sonra o qərarı yerinə yetirib. Yerusəlimdə ABŞ səfirliyinin açılışı 14 may 2018-ci ildə baş tutub. Fələstinlilər bu hadisəyə kəskin reaksiya veriblər. Səfirliyin köçürüldüyü gün Qəza zolağının sərhəddində kütləvi etiraz aksiyası keçirilib.

İsrailin baş naziri Binyamin Netenyahunun bu gün Yerusəlimdə ABŞ səfirliyinin açılışının ildönümü mərasiminə qatılacağı gözlənilir.

Qeyd edək ki, müsabiqənin yarımfinalı 14-16 may, finalı isə 18 mayda Təl-Əvivdə Dare to (Arzularına sərbəstlik ver) devizi altında keçiriləcək. Müsabiqədə Azərbaycanı təmsil edəcək Çingiz Mustafayev Truth ("Həqiqət") kompozisiyasını ifa edəcək. Mustafayev "Avroviziya-2019"-un ikinci yarımfinalında 18-ci nömrə altında çıxış edəcək.

1313
Əlaqədar
"Avroviziya"nın azərbaycanlı iştirakçısı yeni "hoqqa"ya etiraz etdi
Avroviziya-2018-in I yarımfinalı Ayselin çıxışı ilə başlayacaq
İsrail “Avroviziya”dan məhrum edilə bilər
"Avroviziya"da səsvermə qaydaları dəyişib