Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Ərdoğanın "sonunu gətirəcək" strukturun elan olunacağı məkan bilindi

3622
(Yenilənib 12:12 14.05.2019)
Davudoğlunun daha çox Diyarbəkir, Batman, Bingöl kimi rayonlarda fəal iş apardığı iddia olunur

BAKI, 14 may — Sputnik. Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun yaradacağı partiya barədə yeni təfərrüatlar məlum olub. Sputnik Azərbaycan "Haberler"ə istinadla xəbər verir ki, Davudoğlunun Diyarbəkirdə qatılacağı bir iftar süfrəsində yeni partiya ilə bağlı açıqlama verməsi gözlənilir.

Məlumata görə, Davudoğlu partiya yaradılması işlərini başa çatdırmaqdadır və AK Partiyanın əhəmiyyətli şəxsləri ilə danışıqlar aparır. Davudoğlunun görüşdüyü şəxslər arasında keçmiş nazirlərdən Mehmet Şimşək və Cevdet Yılmaz, keçmiş baş nazirin müavini Numan Kurtulmuş da var. AKP-nin sabiq sədr müavini Abdulla Başçı və sabiq deputat Ramiz Altunun da Davudoğlu ilə birlikdə hərəkət etdiyi deyilir.

Davudoğlunun daha çox Diyarbəkir, Batman, Bingöl kimi rayonlarda fəal iş apardığı iddia olunur. Yeni partiyanın embleminin isə yaşıl fon üzərində ağ dörd yarpaqlı yonca olması planlaşdırılır.

Xatırladaq ki, Əhməd Davudoğlu 2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər Türkiyənin baş naziri olub. 2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər o, həmçinin AK Partiyasına rəhbərlik edib.

3622
Teqlər:
Numan Kurtulmuş, Batman, Diyarbəkir, AKP, Davudoğlu, Ərdoğan
Əlaqədar
Əhməd Davudoğludan gözlənilməz namizədlik açıqlaması
Türkiyədə AKP-li bələdiyyə üzvü qəribə açıqlama ilə çıxış edib
Türkiyədə AKP parçalanırmı - politoloq son vəziyyəti şərh edir
“Türkiyəsiz Avropa müvəffəqiyyətsizliyə məhkumdur” – Ərdoğan