İranla bağlı vəziyyət yenidən gərginləşir, fövqəladə toplantı başlayır

© AFP 2023 / BRENDAN SMIALOWSKIАктивист развевает иранский флаг возле Белого дома 24 июня 2005 года в Вашингтоне, фото из врхива
Активист развевает иранский флаг возле Белого дома 24 июня 2005 года в Вашингтоне, фото из врхива - Sputnik Azərbaycan
Abunə olmaq
Toplantıda İranın nüvə sazişi ilə bağlı qəbul etdiyi son qərar müzakirə olunacaq

BAKI, 13 may — Sputnik. Bu gün Belçikanın paytaxtı Brüsseldə Böyük Britaniya, Almaniya və Fransanın Xarici İşlər nazirlərinin İranla bağlı fövqəladə toplantısı keçiriləcək. Sputnik Azərbaycan İranın "Mehr" agentliyinə istinadən xəbər verir ki, fövqəladə toplantıda İranın nüvə sazişi ilə bağlı qəbul etdiyi son qərar müzakirə olunacaq. 

Sədrəddin Soltan - Sputnik Azərbaycan
İran ABŞ sanksiyalarına müqavimət göstərə biləcəkmi - politoloq şərh edir

Toplantıya Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini də qatılacaq.

Qeyd edək ki, İran Prezidenti Həsən Ruhani ötən həftə İranla "altılıq" ölkələri arasındakı anlaşmadan danışıb. O bildirib ki, nüvə müqaviləsində iştirak edən tərəflər 60 gün ərzində neft və bankçılıq ilə bağlı öhdəliklərini yerinə yetirməsə, İran yenidən uran zənginləşdirilməsinə başlayacaq.

İranın bu addımından sonra Avropa ölkələri narahat olduqlarını açıqlayıb.

İran və "altılıq" ölkələri (ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çin) arasında razılaşma müqaviləsi 2015-ci il iyulun 15-də imzalanıb. 2018-ci il mayın 8-də ABŞ İranın nüvə proqramı üzrə müqavilədən çıxıb. Bununla bağlı qərarı Prezident Donald Tramp imzalayıb. ABŞ İranla yeni saziş bağlanmayana qədər bu ölkəyə qarşı sanksiya tətbiq edəcəyini bildirib.

Xəbər lenti
0